Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Yeni əsrin SU DAVASI
Yeni əsrin SU DAVASI |
Giorgi Qaçeçiladze: “Kür çayının istiqaməti dəyişsə Azərbaycanın kənd təsərrüfatı və enerji sektoru üçün təhlükə yaranacaq”
Gürcüstanda fəaliyyət göstərən “Yaşıllar partiyası”nın lideri Giorgi Qaçeçiladze dekabrın 12-də keçirdiyi brifinqdə Kür çayının məcrasının dəyişdirilməsi ilə bağlı fikirlərini açıqlayıb. G. Qaçeçiladze Kür çayının yox olmasını təhlükə adlandırıb. Onun sözlərinə görə, Gürcüstan prezidenti və Türkiyənin baş naziri Kür çayının istiqamətinin dəyişdirilməsi haqqında razılaşmaya gəliblər. O, eyni zamanda bu layihənin həyata keçirilməsi sahəsində bir sıra addımların atıldığını deyib. Qaçeçiladze brifinqdə layihənin bu yaxınlarda Türkiyə nümayəndə heyətinin Gürcüstana səfəri zamanı Gürcüstan parlamentində razılaşdırıldığını da bildirib. “Yaşıllar partiyası”nın məlumatına görə, layihə ilə bağlı Kür çayının mənbəyinin qarşısı Gürcüstan-Türkiyə sərhədində kəsiləcək və Ərdahan vilayətində hidroelektrik stansiyası üçün istifadə olunan su Çorox çayına axıdılacaq, oradan da Kür çayının suları Xəzərə yox, Qara dənizə axacaq. “Kür çayı - Zaqafqaziyanın ən böyük su arteriyasıdır. Bu çay regionun 30 faiz su ehtiyatını özündə cəmləşdirib. Kür Gürcüstan və Azərbaycan üçün xüsusilə vacib çaydır. Kür çayı Şərqi Gürcüstanın 86% su ehtiyatını, Azərbaycanda isə su resurslarının 60%-ni təşkil edir”. Qaçeçiladzenin sözlərinə görə, layihənin həyata keçirilməsi nəticəsində Türkiyə sərhədindən 5 km aralıda su olmayacaq, sonra Axalsixe bölgəsində 60%, Borjomidə 40%, Tiflisdə isə çayın səviyyəsi 16 % aşağı düşəcək. “Sonda yay aylarında Kür çayının keçdiyi Borjomi və Tiflis şəhərlərində epidemiya təhlükəsi yaranacaq”. Qaçeçiladze Kür çayının yox olmasının Azərbaycanda da fəsadlar yaradacağını deyib. “Azərbaycanda yerləşən Mingəçevir su anbarının əsas su ehtiyatını Kür, İori və Alazani çayları verir. Türkiyənin Kür çayı ilə bağlı layihəsi həyata keçərsə, Mingəçevir su anbarının səviyyəsi 10% aşağı düşəcək və Azərbaycanın kənd təsərrüfatı və enerji sektoru üçün təhlükə yaranacaq”. Mətbuat konfransında “Yaşıllar partiyası”nın lideri Gürcüstan, Azərbaycan və Türkiyə hökumətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək bu layihənin Zaqafqaziya regionunda ekoloji təhlükə yaradacağı və iqtisadi böhran və münaqişə vəziyyəti törədəcəyi üçün onun həyata keçirilməsinin qarşısını almağa çağırıb. Geri dön |