Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdoğanın müşaviri: -İran islam dünyasına sionizmdən daha çox ziyan vurub
Ərdoğanın müşaviri: -İran islam dünyasına sionizmdən daha çox ziyan vurub |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özəl müşaviri Emrullah İşler mayın 3-də ərəbdilli ”Əl-Həyat” qəzetinə müsahibəsində İranın bölgədə, o cümlədən də Suriya və Yəməndə yürütdüyü siyasətini kəskin tənqid edib.
Əmrulla İşlər deyib ki, Tehran, İraq, Suriya və Yəmən paytaxtlarının məhvi hesabına həmin ölkələrdə nüfuzunu artırmağa, hegemonluğu ələ almağa çalışır: “İranın Suriya və Yəməndə yürütdüyü siyasəti və rəftarı ilə islam dünyasına vurduğu ziyan, sionizmin onlarla il ərzində islama vurduğu ziyandan daha çoxdur. İran, məzhəb və ideologiyadan qaynaqlanan siyasətinə görə Bəşər Əsəd hökumətini dəstəkləyir, bu ölkəyə hərbi qüvvə göndərir, bununla da müsəlmanlar arasındakı abır-etibarını itirir. İran, Yəməni vətəndaş müharibəsinə sürükləyərək, “Husi”lərə yardım göstərməklə bir da islam ümmətinin hissiyatına toxunaraq ona zərbə vurub. Emrullah İşlerin dediyinə görə İran, ərəb inqilablarından sonra bölgədə yaranmış vəziyyət və şəraitdən su-istifadə edərək regionda bir şiə ittifaqının ortaya çıxması istiqamətində hərəkət edir, buna cəhd göstərir”. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan martın 26-da bir mətbuat konfransında çıxış edərək İranın Orta Şərqdə, o sıradan da bölgənin ərəb ölkələrindəki rolundan narahatlığını bildirib: “Bu gün İran, bölgədə hegemonluğu ələ keçirməyə çalışır. Buna dözmək olar mı? Bu məsələ, Türkiyəni, Səudiyyə Ərəbistanını və İran körfəzindəki ərəb ölkələrini təngə gətirib. Buna həqiqətən dözmək çətindir və İran bunu bilməlidir. Hesab edirik ki, İran mövqeyini dəyişməli, Yəmən, Suriya və İraqın daxili işlərinə qarışmağı dayandırmalı, bu ölkələrdəki qüvvələrini geri çağırmalı, digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”. Geri dön |