Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan ərazisində oktyabr ayının hava proqnozu açıqlanıb
Azərbaycan ərazisində oktyabr ayının hava proqnozu açıqlanıb |
Ölkə ərazisində havanın orta aylıq temperaturu iqlim normasından bir qədər yüksək olacaq, yağıntılar qeyri-bərabər paylanacaq
Oktyabr ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların qeyri-bərabər paylanması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə, gündüzlər 20-25 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 27 dərəcəyədək yüksələcək. Üçüncü ongünlüyün sonunda 14-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan çox olacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 16-18 dərəcə isti olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14 dərəcə, bəzi günlərdə 4-8 dərəcə isti təşkil edəcək, gündüzlər temperatur 20-25 dərəcə, ayrı-ayrı günlərdə isə 27-30 dərəcə isti olacaq. Ayın sonunda 14-19 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə normadan (norma 19-32 mm) bir qədər çox olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə, gündüzlər 11-16 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 18-21 dərəcə olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə normadan (norma 19-32 mm) bir qədər çox olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 8-13 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23, ayrı-ayrı günlərdə 24-27 dərəcə olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 30-61 mm), bəzi yerlərdə normadan bir qədər çox olacaq. Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 7-12 dərəcə, gündüzlər 13-18 dərəcə isti təşkil edəcək. Ayrı-ayrı günlərdə temperatur 20-25 dərəcə, ayın sonunda 8-12 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-126 mm) olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 20-25, ayrı-ayrı günlərdə 27-31 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-54 mm), bəzi yerlərdə normadan bir qədər çox olacaq. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 25-30 dərəcə isti təşkil edəcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm), bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir. Geri dön |