Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyi: -Mən təhdid altında aparılan müzakirə ilə razı deyiləm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyi: -Mən təhdid altında aparılan müzakirə ilə razı deyiləm

Xamneyi: -Mən təhdid altında aparılan müzakirə ilə razı deyiləm


İranın dini lideri ayətullah Əli Xamneyi mayın 6-da müəllimlərlə görüşündə Qərblə aparılan nüvə danışıqlarına toxunaraq Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.
Xamneyi deyib ki, Qərblə danışıqlar aparan İran nümayəndə heyəti heç bir zor, təhqir və təhdidə boyun əymədən müakirəni davam etdirməlidir: “Mən təhdid altında aarılan müzakirə ilə razı deyiləm. Xarici siyasət məsulları və Qərblə danışıqlar aparan rəsmilər müzakirələrdə əsas qırmızı xətlərə riayət etməli, İran xalqının əzəmətini müdafiə etməli, heç bir zor, təhdid və təhqirə boyun əyməməlidir.

Bir neçə gün əvvəl iki Amerika rəsmisi bizi hərbi hücumla təhdid etdilər. Mən isə onlara deyirəm ki, birincisi siz qələt edirsiniz. İkincisi də mən Amerikanın keçmiş prezidenti zamanında onun etdiyi təhdidlərinə cavab olaraq dedim ki, vur-qaç dövrü artıq başa çatıb. İran xalqı ona qarşı hücuma keçən şəxsi heç vaxt öz halına buraxmayacaq. Biz müzakirə apardığımız bir vaxtda qarşı tərəfin ardıcıl olaraq bizi təhdid etməsi qəbuledilməzdir.

Bu gün amerikalıların bu müzakirəyə ehtiyacı bizmkindən daha çoxdur. Biz danışıqların nəticə verməsinin, sanksiyaların ləğv edilməsinin tərəfdarıyıq. Lakin bu o demək deyil ki, sanksiyalar götürülməsə biz ölkəni idarə edə bilməyəcəyik. İndi ölkədə hamıya sübut olunub ki, iqtisadi problemlərimizin həlli sanksiyaların ləğvindən asılı deyil. Hesab edirik ki, iqtisadi problemlər öz güc, tədbir və iradəmizə söykənərək çözülməlidir. İstər sanksiyalar ləğv olunsun və ya olunmasın”.

ABŞ-ın vitse-prezidenti Co Bayden mayın 1-də “Orta Şərq Siyasəti üçün Vaşinqton” İnstitutunda çıxış edərək ölkəsinin Tehrana qarşı masa üzərində olan hərbi seçimindən danışıb: “İrana hücum bir riskdir. Lakin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün bizim bu riskə getməyimizin ehtimalı hələ də var. İrana hücum sadə bir məsələ deyil. Bu barədə proqnoz vermək də asan iş deyil. Lakin lazım olsa bu olacaq.

Biz, İranla nüvə razılaşmasını dəstəklədiyimiz bir halda, İsrail və bölgədəki digər müttəfiqlərimizlə əlaqələrimizi də gündən-günə dərinləşdiririk. Hesab edirik ki, İranla danışıqlar nəticə verməsə hərbi seçim gündəmə gələ bilər və lazım olsa İrana qarşı hücuma da keçərik”.

Co Baydenin həmin bəyanatından iki həftə qabaq da ABŞ ordusunun baş qərargah rəisi Martin Dempsi də oxşar bəyanatlar səsləndirmişdi.

Geri dön