Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Bu gün Fərəc Quliyevin sədrlik etdiyi Savaş Partiyası adlandırılan Milli Dirçəliş Hərəkatı Partiyasının yaranma tarixidir
Bu gün Fərəc Quliyevin sədrlik etdiyi Savaş Partiyası adlandırılan Milli Dirçəliş Hərəkatı Partiyasının yaranma tarixidir |
Bu gün öz milli mövqeyi və millətçi prinsipləri ilə seçilən, ənənəvi partiya sistemlərindən köklü şəkildə fərqlənən və parlamentdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının yaranma tarixidir. Milli Dirçəliş Hərəkatının yaradılması 2003-cü ilin 7 may tarixində formalaşdırılmış təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı fəaliyyətinə başlamışdır. Qurultayda İstiqlalçı deputat, döyüşçü, millət vəkili Fərəc quliyev Hərəkatın sədri seçilmişdir. 2011-ci il may ayının 31- də Milli Dirçəliş Harakatı partiya olaraq dövlət qeydiyyatına alınmışdır. Sonuncu parlament seçkilərinə qatılan partiya, Fərəc Quliyevin qələbəsi ilə Milli Məclisdə təmsil olun partiyalardan biri oldu. Bu gün MDHP Azərbaycanın içtimai-siyasi həyatında mühüm rol oynayan bir partiyaya çevrilib. Öz milli mövqeyi ilə seçilən MDHP Azarbaycanın varlığını, inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görür. Azərbaycanda bütövləşmə prosesi öncə toplum içində düşüncə bütövləşməsindən keçir. MDHP qütblülük sistemindən bütövlük sisteminə keçərək, düşüncəmizin bütöv cəmiyyətdə hakim olmasına çalışır və ilk öncə ictimai legitimliyi qazanmağı əsas sayır. Bizim düşüncə sistemimiz Azərbaycan Mərkəzli Düşüncə Sistemidir. Türklük məhvəri ətrafında azərbaycanlılıq təfəkkürü sistemin təməli sayılır.
Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanın problemlərinə adekvat olaraq Departament institutları formalaşdırıb: 1. Güney Azərbaycan Departamenti, 2. Qərbi Azərbaycan Departamenti, 3. Borçalı Departamenti, 4. Dərbənd Departamenti, 5. Qarabağ Departamenti, 6. Bakı və Abşeron kəndləri Departamenti, 7. Diaspora Departamenti, 8. Türk Dünyası Departamenti MDHP Mətbuat xidməti Geri dön |