Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ETTELAAT naziri: -Qarşıdan gələn seçkilər iltihab və qalmaqalla müşayiət oluna bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > ETTELAAT naziri: -Qarşıdan gələn seçkilər iltihab və qalmaqalla müşayiət oluna bilər

ETTELAAT naziri: -Qarşıdan gələn seçkilər iltihab və qalmaqalla müşayiət oluna bilər


İranın kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi mayın 4-də jurnalistlərə açıqlamasında 2016-ci ilin əvvəllərində ölkədə keçiriləcək iki seçkidən danışıb.
Mahmud Ələvi deyib ki, qarşıdan gələn iki seçki zamanı ortaya çıxa biləcək hər hansı bir problemin qarşısını almaq üçün indidən tədbir görmək lazımdır: “2016-ci ilin ilk aylarında ölkədə İslamu Şura Məclisinə və Üləma Məclisinə seçkilər keçiriləcək. Bu seçkilər bir sıra iltihablar və bəzi qalmaqallarla müşayiət oluna bilər. Biz yarana biləcək bu vəziyyəti idarə etməliyik.

Seçkilər iltihabla keçirilir. Biz isə düzgün bir idarəetmə üsulu ilə həmin iltihabları minimuma endirməliyik. Bütün əyalətlərin rəhbərlərinə göstəriş verilib ki, seçkilər zamanı hər hansı bir şəxs və ya siyasi cərəyanın insanların asayiş və təhlükəsizliyinə xələl gətirən addımının qarşısı alınmalı, nəzarətdə saxlanmalıdır”.

Qeyd edək ki, İrandakı hakim mühafizəkar rəsmilər və ölkənin dini liderinə yaxın bir sıra vəzifəli şəxslər və ruhanilər islahat tərəfdarlarının qarşıdan gələn seçkilərə qatılıb qələbə qazana biləcəyindən ehtiyatlanır və vaxtaşırı bu barədə xəbərdarlıq xarakterli bəyanatlar səsləndirirlər.

Geri dön