Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ankara universitetində mərhum professor Cavad Heyətin xatirəsi anılıb
Ankara universitetində mərhum professor Cavad Heyətin xatirəsi anılıb |
Ankara universitetində məşhur dünya şörətli cərrah, türkoloq mərhum professor Cavad Heyətin xatirəsi anılıb.
"Türk dilinin varlığı 5-ci Türkologiya günü" münasibətilə Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsinin Fərabi salonunda tanınımış alim, ictimai xadim doktor Cavad Heyətin xatirəsinə həsr edilən elmi-konfrans keçirilib. Konfransa tədbirdə Türkiyə universitetləri və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri qatılıb. Çıxış edənlər doktor Cavad Heyətin şəxsiyyəti, türkoloji sahəsindəki fəaliyyəti, xüsusilə İran coğrafiyasında Azərbaycan türklərinə yönəli əvəzsiz xidmətləri və türkoloji sahəsində “Varlıq” dərgisinin önəmli rolundan söz açıblar. Konfransın açılışında doktor Rza Heyət, Dil və Tarix-Coğrafiya fakültəsinin dekan müavini professor Gülsün Leyla Uzun, Çağdaş türk ləhcələri və Ədəbiyyatı bölümünün rəhbəri professor, doktor Səma Barutcu Özöndər çıxış edib. Daha sonra konfrans iki ayrı bölümdə davam etdirilib. Professor Zeynəb Korkmazın sədrliyi ilə keçirilən birinci bölümdə professor Əhməd Bican Ərcilasun, alimlər Sonel Bosnalı, Pərvanə Məmmədli doktor Cavad Heyətin şəxsiyyəti və türk dünyasındakı önəmli yeri, İran coğrafiyasında standart türk dilinin təşəkkülündəki rolu və onun ədəbi fəaliyyəti haqda məruzələr oxuyublar. İkinci bölüm Əhməd Bican Ərcilasunun sədrliyi ilə keçirilib. Bu bölümdə alimlər Artum Dinç, Babək Cavanşir və Rza Heyət İranda farslaşdırma siyasəti, orada yaşayan türklərin etno-sosial quruluşu və İranda türk yazılı dilinin inkişafı prosesi mövzularında çıxış ediblər. Toplantıda doktor Cavad Heyətin əsərləri və "Varlıq" dərgisinin müxtəlif sayları sərgilənib. Xatırladaq ki, hər il mayın 5-də (ordibeheştin 15-də) türkoloji günü münasibəti ilə elmi və mədəni konfranslar keçirilir. Geri dön |