Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sepah rəsmisi: -Amerika sizinlə təhdid dili ilə danışsa müzakirəni tərk edin və meydanı bizə tapşırın
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sepah rəsmisi: -Amerika sizinlə təhdid dili ilə danışsa müzakirəni tərk edin və meydanı bizə tapşırın

Sepah rəsmisi: -Amerika sizinlə təhdid dili ilə danışsa müzakirəni tərk edin və meydanı bizə tapşırın


İran İnqilab Keşikçiləri Korpusu (Sepah) komandanının canişini Hüseyn Səlami mayın 6-da dövlət televiziyasında çıxış edərək Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin üzvlərinə tövsiyələr edərək Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.
Hüseyn Səlaminin ABŞ-a qarşı bəyanatı ölkənin dini lideri ayətullah Əli Xamneyinin Amerikaya qarşı bəyanatının yayılmasından bir neçə saat sonraya təsadüf edib.

Hüseyn Səlami deyib ki, 5+1 qrupu ilə danışıqlar aparan İran nümayəndə heyəti tam vüqarla və özünə güvən hissi iklə müzakirələri davam etdirməli, İran xalqının izzətinə zərrə qədər xələl gətirilməsi ilə razılaşmamalıdır: “Əgər amerikalılar danışıqlarda sizinlə təhqir və təhdid dili ilə danışsalar və əlavə tələblər irəli sürsələr, müzakirə masasını tərk edin və meydanı bizə tapşırın ki, onlarla öz dilləri ilə danışıb işi davam etdirək”.

Hüseyn Səlami Amerikanın İrana mümkün hərbi hücumu barədə yayılam məlumatlara da münasibət bildirib: “İran İslam Respublikası gerçək qələbəni təmin edəcək uzunmüddətli müharibələr aparılması üçün gücünü toplayaraq imkanlarını səfərbər edib. Biz amerikalı pilotlara xəbərdarlıq edib deyirik ki, müharibə olarsa, onlardan heç biri sağ-salamat geri dönə bilməyəcək. Belə olduqda isə onlar öz uçuşlarını sonuncu uçuş adlandırmalı olacaqlar”.

Qeyd edək ki, ayətullah Əli Xamneyi mayın 6-da müəllimlərlə görüşündə Amerikaya qarşı sərt bəyanatlar səsləndirib. O deyib ki, Qərblə danışıqlar aparan İran nümayəndə heyəti heç bir zor, təhqir və təhdidə boyun əymədən müakirəni davam etdirməlidir: “Mən təhdid altında aparılan müzakirə ilə razı deyiləm. Bir neçə gün əvvəl iki Amerika rəsmisi bizi hərbi hücumla təhdid etdilər. Mən isə onlara deyirəm ki, birincisi siz qələt edirsiniz. İkincisi də mən Amerikanın keçmiş prezidenti zamanında onun etdiyi təhdidlərinə cavab olaraq dedim ki, vur-qaç dövrü artıq başa çatıb. İran xalqı ona qarşı hücuma keçən şəxsi heç vaxt öz halına buraxmayacaq. Biz müzakirə apardığımız bir vaxtda qarşı tərəfin ardıcıl olaraq bizi təhdid etməsi qəbuledilməzdir”.

Geri dön