Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda və İran adlanan ölkədə müəllimlər ayağa qalxdılar (foto)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda və İran adlanan ölkədə müəllimlər ayağa qalxdılar (foto)

Güney Azərbaycanda və İran adlanan ölkədə müəllimlər ayağa qalxdılar (foto)

Müəllimlər İran və Güney Azərbaycanın bir çox şəhərində son həftələrdə üçüncü dəfə olaraq etiraz yığıncağı keçiriblər.
Minlərlər müəllim mayın 7-də Azərbaycanın Təbriz, Həmədan, Zəncan və Ərdəbil şəhərlərində etiraz yığıncağı keçirib. Oxşar yığıncaqlar digər şəhərlər o cümlədə paytaxt Tehranda da keçirilib. Yığıncaqlar polis qüvvələrinin nəzarəti altında baş tutub.

Tehranda ölkə parlamentinin qarşısında keçirilən yığıncaqda 3000 müəllim toplaşıb.

Etirazçıların qaldırdığı plakatlarda dolanışıq vəziyyətinin yaxşılaşdırılması, həbsdə olan müəllimlərin azad edilməsi və Təhsil nazirinin istefa verməsi kimi mövzular öz əksini tapıb.

Plakatlarda bu kimi şüarlar yazılıb:

“Yoxsulluq səviyyəsi 3 milyon – Bizim maaşımız 1 milyon”, “Yoxsulluğa bəlkə dözərik – Ama ayrı-seçkiliyə dözmərik”, “Həbsdə olan Budaqi, Baqiri və Haşimi kimi müəllimlər azad edilsin”, “Cənab vəzir sizə xəbərdarlıq edirik!”, “Ləyaqətsiz nazir – İstefa , istefa”, “Məktəb rəislərini müəllimlər seçməlidir”, “Müəllim fəryad edir – Mətbuat senzura edir”, “Müəllimlər ayrı-seçkilikdən sızlayır, yoxsulluqdan deyil”, “Müəllimin narahatlığı onun dolanışığıdır”, “Məktəblərin özəlləşdirilməsi anayasanın 30-cu əslinə ziddir” və s.

Qeyd edək ki, müəllimlərin etiraz yığıncaqları İran Müəllimləri Dərnəyinin çağırışı əsasında baş tutub. Bundan öncə martın 1-i və aprelin 16-da müəllimlər tərəfindən oxşar yığıncaqlar keçirilmişdir.

Geri dön