Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb

ARDNF iri irriqasiya layihəsinə 1,17 milyard dollardan çox vəsait ayırıb


2015-ci il aprelin 1-nə olan məlumata görə, ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1,17 milyard manatdan çox vəsait ayırıb. Bu barədə ARDNF məlumat verir.

Məlumatda bildirilir: "O cümlədən, 532,7 milyon manat su elektrik stansiyasının tikintisi ilə birlikdə Taxtakörpü su anbarının tikintisinə ayrılıb. Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisinə müvafiq olaraq 410,7 milyon manat və 167 milyon manat ayrılıb".

Vəsaitin yerdə qalan hissəsindən layihə qrupunun saxlanmasına 3,56 milyon manat, texniki və tender sənədlərinin hazırlanmasına, eləcə də digər xərclərə 32,4 milyon manat ayrılıb.

Məlumata əsasən, bu ilin birinci rübündə ARDNF-dən göstərilən layihələrə 25 milyon manat ayrılıb.

Geri dön