Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Elan: Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarı
Elan: Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarı |
Bakı, CASCFEN, 11.05.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”a başlayır.
İlk seminar bu il mayın 23-də Bakı şəhərində (ünvan haqqında bilgilər iştirak üçün seçilmişlərə əlavə olaraq bildiriləcək) keçiriləcək. Seminarda aşağıdakı mövzulara yer veriləcək: 1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar; 2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı; 3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət; 4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket; 5. Netiketin pozulma halları və onların aradan qaldırılması; 6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi; 7. Örnəklər üzərində iş. Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcəkdir. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı veriləcəkdir. Qatılmaq istəyənlərin ən geci 20 may tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: info@cascfen.net və ya azer@azerhasret.com. www.cascfen.net Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795 İştirak etmək istəyənlərin özləri haqqında aşağıdakı bilgiləri e-poçtla göndərmələri xahiş edilir: Ad, soyad. İşlədiyi məktəb, dərs dediyi fənn və iş stajı. Seminar ödənişsizdir. Şərt: Kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcəkdir. CASCFEN Mətbuat Xidməti Geri dön |