Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İstiqlalçı deputat haqda MM-in müvafiq sənədi qəbul etməsi bu günlərdə çox əhəmiyyətli olar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > “İstiqlalçı deputat haqda MM-in müvafiq sənədi qəbul etməsi bu günlərdə çox əhəmiyyətli olar”

“İstiqlalçı deputat haqda MM-in müvafiq sənədi qəbul etməsi bu günlərdə çox əhəmiyyətli olar”


Fərəc Quliyev : “Sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsi də məncə payız sessiyasında müzakirəyə çıxarılmalıdır.”

Azərbaycan Milli Məclisinin 2011-ci il payız sessiyasının ilk iclasında millət vəkili Fərəc Quliyev çıxış edərək bir neçə vacib və əhəmiyyətli təkliflər irəli sürüb. Əvvəlcə müstəqilliyimizin 20 illiyi münasibətilə təbriklərini çatdıran, millət vəkili İstiqlalçı deputatlar kimi tanınan, 1991-ci ildə sovet imperiyasının saxlanması üçün referendumun keçirilməsinin əleyhinə olmuş 43 deputat haqda MM-in müvafiq sənəd qəbul etməsinin bu günlərdə çox əhəmiyyətli olmasını bildirdi.
F.Quliyev daha sonra mövcud iqtisadi problemlərlə bağlı konkret addımlar atılmalı olduğunu, əks halda cəmiyyətdə parcalanma kimi ciddi bir fəsadın yaranacağı təhlükəsini bildirdi. O buna konkret olaraq inhisarçılığı misal göstərdi və sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsinin də payız sessiyasında müzakirəyə çıxarılmasını təklif etdi.
Bunlardan əlavə F.Quliyev təklif etdi ki, MM payız sessiyasında mütləq Dağlıq Qarabağla bağlı dinləmələr keçirməlidir. Millət vəkili Güney Azərbaycanla bağlı ondan əvvəl edilmiş çıxışlara da mövqeyini bildirdi və baş verən hadisələrə edilən etirazları dəstəklədiyini catdırdı.

Milli Məclisin deputatı Fərəc Quliyevin 30.09.2011-ci ildə Milli Məclisin sessiyasında çıxışının tam mətnini diqqətinizə çatdırırıq:

Hörmətli millət vəkilləri, Sizi və xalqımızı müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik edirəm. Hesab edirəm ki, sovet imperiyasının saxlanması üçün referendumun keçirilməsinin əleyhinə olmuş 43 istiqlalçı deputat haqda MM-in müvafiq sənədi qəbul etməsi bu günlərdə çox əhəmiyyətli olar. Müstəqillik aktı qəbul edilməklə 1918-1920-ci illərdə mövcud olmuş ADR-ın varisliyi təmin edildi. Biz o dövrdəki parlament və hökumət üzvlərinin xatirəsinə abidə kompleksinin qoyulması təşəbbüsü ilə çıxış etsək yerinə düşər.
Payız sessiyasında sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində də müəyyən qanunvericilik aktlarının qəbulu vacibdir. Heç kimə sirr deyil ki, dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan, buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmadan sosial bərabərliyə nail olmaq olmaz. Əldə edilmiş qanunsuz gəlirlər müxtəlif sferalarda istifadə edilir və özünün “kölgə iqtisadiyyatı” adını alan əmtəə-pul münasibətləri sistemini əmələ gətirir. Məsələ burasındadır ki, rəsmi statistikada ölkənin ümummilli məhsuluna daxil edilməyən iqtisadi fəaliyyətin bütün məcmusu bazarın vəziyyətini müəyyənləşdirir. Tədarükçülərin və istehlakçıların istehsal parametrlərinə, bazar və sosial həyata psevdo- dövlət və psevdo-şəxsi korporasiyaların təsir imkanlarını minimuma endirmək lazımdır.
Qiymətlərin dinamikasında, maliyyədə disproporsiyaların artmasını önləyən addımlar atılmalıdır. Əks təqdirdə inhisarlaşdırılmış sahənin əl-qolunun açılmsı, inhisarlaşdırılmamış sahələrdə resurslar, idarəetmə, texnologiyalar sonda defisit yaradır. İnhisarçılığın xeyirinə davamlı əyrilik isə sosial bərabərsizlik üçün ciddi əsasdır. Bu bölücü iqtisadi münasibət cəmiyyətin iki qeyri-bərabər hissəyə parçalanmasına səbəb olur: İqtisadiyyatın imtiyazlı, güclü korporotivləşdirilmiş sektoru və tənəzzül edən qeyri-inhisarçı sektor. Cəmiyyətin bölünməsinin və sosial bərabərsizliyin aradan qaldırılması üçün biz payız sesiyasında müzakirələri gündəliyə salmalı və müvafiq qanunlar qəbul etməliyik.
Yeri gəlmişkən sovet dönəmindən qalmış əmanətlərin qaytarılması məsələsi də məncə payız sesiyasında müzakirəyə çıxarılmalıdır.
Payız sesiyasında mütləq Dağlıq Qarabağla bağlı dinləmələr keçirməliyik. Bu məsələni mən keçən payız sesiyasında da qaldırdım. Həm də Qarabğla bağlı Milli Məclisin komisiyasının yaradılmasını da təklif etdim. Bu məsələlər mütləq bu sesiyada müzakirə mövzusu olmalıdır.
Mən Qənirə Paşayevanın Güney Azərbaycanla bağlı fikirlərini tamamilə dəstəkləyirəm, bu tələblərə qoşuluram və Qənirə xanıma öz dərin təşəkkürlərimi bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.

Geri dön