Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-dakı Azərbaycan Diasporunun müdaxiləsindən sonra ABC TV Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > ABŞ-dakı Azərbaycan Diasporunun müdaxiləsindən sonra ABC TV Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarılıb

ABŞ-dakı Azərbaycan Diasporunun müdaxiləsindən sonra ABC TV Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarılıb


ABŞ-DAKI AZƏRBAYCAN DİASPORUNUN MÜDAXİLƏSİNDƏN SONRA ABC TELEKANALI DAĞLIQ QARABAĞI SƏYAHƏT ÜÇÜN MƏSLƏHƏT GÖRÜLƏN YERLƏR SİYAHISINDAN ÇIXARIB

Bu məqalədə Katranciyan ABŞ vətəndaşlarını Dağlıq Qarabağ da daxil olmaqla dünyanın 7 əsrarəngiz bölgəsinə səyahət etməyə çağırıb.
Katranciyanın “2012-ci ildə səyahət etməli 7 əsrarəngiz yer” adlı məqaləsində deyilir ki, Dağlıq Qarabağ macəra həvəskarları üçün ən uyğun yerdir. “Bu yer mübahisəli olduğu üçün səfirliyi yoxdur, Ermənistandakı “daimi nümayəndəliyi” isə hətta sizdən pasportunuza viza vurulmasını istəyib-istəmədiyinizi də soruşmur. Çünki bilirlər ki, istəməyəcəksiniz, buna görə də vizanı pasporta sadəcə kağız sancağı ilə bərkidirlər”.
Müəllif “Dağlıq Qarabağın paytaxtında” tikilmiş “Armenia Hotel”dən danışır, qarlı dağlara və qırmızı, sarı çiçəklərlə örtülmüş çəmənlərə ekskursiya etməyi məsləhət görür. “Kababın və şişdə bişirilmiş tərəvəzlərin dadına baxın. Əgər siz yerli sakinlərindən birinin evinə getsəniz, səhər yeməyində evdə çəkilmiş tut arağı təklif olunsa, təəccüblənməyin”.
Azərbaycan diaspor nümayəndələrinin sözlərinə görə, “ABC News” Dağlıq Qarabağın müharibə zonası və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildikdən sonra yanvarın 10-da Dağlıq Qarabağı səyahət üçün məsləhət görülən yerlər siyahısından çıxarıb. İndi həmin məqalə “2012-ci ildə səyahət etməli 6 əsrarəngiz yer” adlanır.
Ermənilər məqaləni gördükdən sonra “ABC” telekanalına qarşı kifayət qədər aqressiv kampaniyaya başlayıblar: http://asbarez.com/100238/abc-news-removes-karabakh-from-its-travel-feature/
Diaspora öz tərəfdarlarına müraciət edərək, şərhlər bölməsində 3-4 cümlə ilə Qarabağın Azərbaycan ərazisi olduğunu, müharibə zonası olan bu bölgəyə səyahətin təhlükəli olduğunu, ABC telekanalının haqlı olaraq, Dağlıq Qarabağı səyahət bölməsindən çıxardığını yazmalarını xahiş edib, çünki Dağlıq Qarabağa səyahət edənlərin təhlükəsizliyinə təminat verilmir. Burada ABŞ Dövlət Departamentinin xəbərdarlığı da xatırladılır: http://travel.state.gov/travel/cis_pa_tw/cis/cis_978.html#safety

Geri dön