Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İran Qərbin heyfini Azərbaycandan çıxır
İran Qərbin heyfini Azərbaycandan çıxır |
Natiq Miri: “Xəzərin İran və Rusiya arasında bölüşdürülməsi çağırışını ciddiyə almağa ehtiyac yoxdur”
ran Xəzər dənizində 50 faizlik paya iddia edir. “Bakı xəbər” qəzetinin yazdığına görə, bu iddia ilə Təbriz İslam Universitetinin professoru Azad Müvəssiqi çıxış edib. Qəzetin yazdığına görə, Müsəvviqi Cenevrə Konvensiyasına əsasən İranın Xəzərdəki payının 50 faiz təşkil etdiyini iddia edib. Təbrizli professor bildirib ki, Xəzərin statusu beynəlxalq qanunlara görə, İran və Rusiya arasında bağlanmış müqavilələrlə müəyyən olunur. Sitat: “Xəzər dənizi 1982-ci il Konvensiyasının çərçivəsinə düşmədiyinə görə bütün əməliyyatlar İranla Rusiya arasında imzalanmış razılaşmalar əsasında həyata keçirilirdi”. Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov qəzetə bildirib ki, İran tərəfi əvvəllər də bu tipli iddialarla çıxış edib: “Mən əvvəllər də iranlı alimlərin bu kimi ideyaları ilə rastlaşmışam. Bu alimlərin arqumentləri ondan ibarətdir ki, Xəzər vaxtilə İranla Rusiya arasında bölünüb və ona görə də bu iki dövlət hazırkı vəziyyətdə də o zaman olduğu kimi davranmalıdır. Yəni iranlılar qeyd edir ki, Xəzər 50/50 prinsipinə əsasən İranla Rusiya arasında bölünməlidir. Bundan sonra isə dörd Xəzəryanı dövlət - Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan İranla bölüşdürmə zamanı Rusiya tərəfinə çatan hövzənin 50 faizini öz aralarında bölməlidir”. Qeyd edək ki, Xəzərin Rusiya və İran arasında bölünməsi fikri absurd iddia olmaqla yanaşı, hədə elementləri daşıyır. Dənizin iki hissəyə bölünməsi faktiki olaraq Azərbaycan sahillərinin İran ərazi suları hesab olunması deməkdir. Bu isə heç cür qəbul edilə bilməz. Hətta bir neçə il əvvəl gündəmə gələn Xəzərin 5 bərabər hissəyə bölünməsi planı da Azərbaycan sahillərinin İrana verilməsi kimi qiymətləndirilirdi. Son zamanlar iki ölkə arasında münasibətlərin gərginləşməsini nəzərə alsaq, o zaman iranlı alimin iddiasını təhdid kimi də qiymətləndirmək olar. Politoloq Natiq Mirinin fikrincə, İran hökuməti öz üzərindəki basqıların təsirini zəiflətmək və eləcə də diqqəti öz daxili problemlərindən yayındırmaq üçün bu cür addımlara qol qoyur: “İran bir qayda olaraq təhdid bəyanatları səsləndirir, ancaq sonda bəyanatın arxasından qaçır. Bir qədər əvvəl Tehran Hörmüz boğazını bağlayacağı ilə hədələdi, ancaq ABŞ və Böyük Britaniyanın bölgəyə donanma göndərməsindən sonra geri çəkildi. Bütün bu hədələrin məqsədi İran ətrafında daralan həlqəni ən azı müəyyən zamana qədər saxlamaq və bu müddətdən istifadə edib nüvə silahı istehsal etməklə dünyada güc faktorunu ortaya qoymaq, iddialarını yeritməkdir. Eyni zamanda bildiyiniz kimi, İrana hərbi hücum təhlükəsi var. Bu gün bu hərbi plan həm ABŞ, həm də İsrail hökumətinin ”masası üstündədir". Məhz bu təhlükə səbəbindən İran Azərbaycanın müharibədə öz ərazisini platsdarm olaraq verməsinin qarşısını almağa çalışır. Bunun üçün də təbii ki, bəzi təhdidlər lazımdır. Bu səbəbdən də son zamanlar qonşu ölkələrlə bağlı bəyanatlar səslənir". Natiq Mirinin sözlərinə görə, Xəzər dənizi ilə bağlı növbəti bəyanat İranda hakimiyyət mərkəzlərindən birinin ortaya atdığı təklif də ola bilər. Ancaq ekspert bu kimi fikirlərin indiki mərhələdə ciddi reaksiya doğuracağı və Xəzərin statusu ilə bağlı danışıqlara təsir göstərəcəyinə inanmır: “Digər tərəfdən də nəzərə almaq lazımdır ki, bu gün İranda dövlət idarəçiliyində vahid güc mərkəzi yoxdur. İnqilab Keşikçiləri Korpusu rəhbərliyi, hökumət ayrı-ayrılıqda güc mərkəzləridir. Eyni zamanda dini liderlər və parlament fərqli güclərdir. Bu baxımdan bu mərkəzlərdən hər zaman fərqli bəyanatların şahidi oluruq. Mən düşünürəm ki, Xəzər dənizinin İran və Rusiya arasında bölüşdürülməsi çağırışı da növbəti belə bəyanatlardan biridir. Buna görə bu tip bəyanatları diqqətə almağa ehtiyac yoxdur”. KƏNAN Geri dön |