Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı nazir: -Ölkəyə informasiya axınının qarşısını almaq artıq mümkün deyil
İranlı nazir: -Ölkəyə informasiya axınının qarşısını almaq artıq mümkün deyil |
"Hökümətin əhalinin xarici mətbuata çıxışını bloklamaq cəhdləri mənasızdır"
İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti mayın 10-da hüquq-mühafizə qüvvələri rəsmilərinin toplantısında çıxış edərək vətəndaşların peyk antenlərindən istifadəsinə qoyulan qadağadan danışıb. Əli Cənnəti deyib ki, ölkədə peyk antenlərinə qoyulan qadağalar və polisin onları evlərdən yığışdırması ilə bağlı göstərdiyi bütün cəhdləri nəticəsiz qalıb: “Ölkəyə informasiya axınının qarşısını almaq artıq mümkün deyil. Çünki nə coğrafi sərhədlər buna imkan verir, nə də ölkə daxilindəki hüquqi zərurətlər. Bu gün texnologiyanın sürətlə inkişafını və genişləndirilməsini nəzərə alsaq, demək olar ki, yaxın gələcəkdə vətəndaşların peyk antenlərindən istifadəsinə də artıq ehtiyac qalmayacaq və onlar antensiz də xarici telekanalları izləmək imkanına malik olacaqlar. Hüquq-mühafizə qüvvələrinin vəzifəsi qanunu icra etməkdir. Qanun da peyk antenlərindən istifadəyə məhdudiyyətlər qoyub. Lakin gəlin bu günə qədərki əməllərimizin nəticəsinə də bir nəzər salaq. Baxaq görək ki, qoyulan bu məhdudiyyətlərin hansısa bir nəticəsi və ya təsiri olubmu, yoxsa ki, vətəndaşların peyk antenləri vasitəsilə ölkəyə yayılan xarici şəbəkələrdən istifadəsinə rəvac verib. Vaxtilə media birtərəfli qaydada fəaliyyət göstərərək istədiyi fikir və düşüncəni insanlara aşılayırdı. Lakin bu gün İnternetin inkişafı ilə məsələnin mahiyyəti dəyişib. Bu gün insanların özü həm xəbər və məlumat hazırlayır, həm də onu yayırlar. Bir sözlə, biz media və onun fəaliyyəti sahəsində artıq ikitərəfli bir irtibat və əlaqənin yaranmasının şahidiyik”. Qeyd edək ki, son iyirmi ildə İranda peyk antenlərindən istifadəyə qoyulan bütün qadağalara baxmayaraq, hökumət saytlarının etirafına görə hazırda ölkədə vətəndaşların 70-80 faizi xarici telekanalları izləməyə üstünlük verirlər. Geri dön |