Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda təkrar mənzilə tələbat azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda təkrar mənzilə tələbat azalıb

Bakıda təkrar mənzilə tələbat azalıb


Aprel ayında Bakının təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır.

Bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

Apreldə ən çox təklif Bakının Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb. Bu rayonların payına ümumi təklifin 66,8 faizi düşüb.

Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayı ilə müqayisədə 6,12 faiz azalaraq 1770 manat, xarici valyuta ilə qiyməti isə ay ərzində 5,96 faiz azalaraq 1689 dollar təşkil edib. Müqayisə üçün deyək ki, Bakıda 2015-ci ilin mart ayında təkrar mənzilin bir kvadratmetrinin qiyməti 1886 manat (1 796 dollar) olub.

Hesabatda qeyd olunur ki, martda təkrar mənzil bazarında qiymətlər 14 faiz artdığı halda, apreldə 6,12 faiz aşağı düşüb. Bu, fevralda baş verən devalvasiya ilə əlaqədardır. Bir çoxları əmanətlərini daşınmaz əmlaka yatırıblar ki, bu da bazarda qiymət artımına səbəb olub. Apreldə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb ki, bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti öz pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.

Hesabata əsasən, Bakıda 2015-ci ilin aprel ayında təkrar mənzil bazarında satış portfelinin əsas hissəsini kvadratmetri 2000 dollar (orta qiymətlə 1480 dollar) olan evlər təşkil edib. Bu evlərin payına 81,5 faiz düşüb. Bir kvadratmetr sahə üçün 2000-2500 dollar (orta qiymət 2160 dollar) diapazonunda dəyişən mənzillər ümumi satış həcminin 13,75 faiz təşkil edib. Qalan hissə (4,75 faiz) kvadratmetrinin qiyməti 2500 dollardan çox (orta qiymət 3000 dollar) olan mənzillərin payına düşüb.

Geri dön