Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağın işğalı Ermənistanı milli fəlakətə sürükləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Qarabağın işğalı Ermənistanı milli fəlakətə sürükləyib

Qarabağın işğalı Ermənistanı milli fəlakətə sürükləyib


Berlində nəşr edilmiş kitabda deyilir ki, diaspor və Rusiya olmasa, bu ölkənin yaşamaq şansı yoxdur

İrəvanda qocalar evində basabasdır, dolanışıq dalınca xaricə gedənlər yaşlı, əlsiz-ayaqsız valideynlərini atır, onları donuz fermasında işlədirlər.

Azərbaycan ərazilərini işğal etməklə və uzun illərdir münaqişənin sülh yoluyla həllini əngəlləməklə Ermənistanın hansı fəlakətə sürükləndiyi təkcə bu ölkənin daxilində deyil, xaricdə də diqqətləri cəlb edir. Almaniyada nəşr edilmiş kitabda Ermənistanın Qarabağı işğal etməklə heç nə qazanmadığı, əksinə, heç bir gələcəyi olmayan, diaspordan və Rusiyadan asılı olan ölkəyə çevrildiyi vurğulanır. Kitabın müəllifləri almaniyalı tədqiqatçı-tarixçi, Konrad Adenaur Fondunun əvvəl Moskvadakı, hazırda isə Daşkənddəki nümayəndəliyinə rəhbərlik edən Tomas Kontse və isveçrəli jurnalist, İsveçrə televiziyasının ən populyar xəbər proqramının aparıcısı Tomas Foqeldir.

Azərbaycan ərazilərini işğal etməklə və uzun illərdir münaqişənin sülh yoluyla həllini əngəlləməklə Ermənistanın hansı fəlakətə sürükləndiyi təkcə bu ölkənin daxilində deyil, xaricdə də diqqətləri cəlb edir. Almaniyada nəşr edilmiş kitabda Ermənistanın Qarabağı işğal etməklə heç nə qazanmadığı, əksinə, heç bir gələcəyi olmayan, diaspordan və Rusiyadan asılı olan ölkəyə çevrildiyi vurğulanır. Kitabın müəllifləri almaniyalı tədqiqatçı-tarixçi, Konrad Adenaur Fondunun əvvəl Moskvadakı, hazırda isə Daşkənddəki nümayəndəliyinə rəhbərlik edən Tomas Kontse və isveçrəli jurnalist, İsveçrə televiziyasının ən populyar xəbər proqramının aparıcısı Tomas Foqeldir.
Onlar “Sovet İttifaqından müstəqilliyə” adlı kitabı yazmaq üçün ittifaqa daxil olan keçmiş sovet respublikalarını gəziblər, o cümlədən Ermənistanda və onun işğalı altında olan Qarabağda olublar.
Berlində yeni çapdan çıxan kitabda deyilir ki, SSRİ-nin tərkibində olan respublikalardan bir çoxu ittifaqın parçalanması nəticəsində müstəqillik əldə etsələr də, qazandıqlarından çox itirdilər. Belə respublikalardan biri də Ermənistandır. Müəlliflər Ermənistanın 90-cı illərin əvvəllərində Azərbaycanla qanlı müharibədən sonra Qarabağı ələ keçirdiyini, ancaq bunun ölkənin inkişafına gətirib çıxarmadığını yazırlar. “90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanı bir milyondan çox adam tərk edib. Bu, Ermənistanın indiki əhalisinin az qala üçdə biridir. Ölkədə qocalar, qadınlar, uşaqlar və dağılmış ailələr qalır. Xaricdəki erməni diasporunun və Rusiyanın köməyi olmasa Ermənistanın yaşamağa heç bir şansı yoxdur” deyə müəlliflər yazır. Kitabın məzmunu barədə xəbəri “Alman dalğası” radiosunun rus redaksiyası yayıb.

***

Ermənistandan kütləvi mühacirət və ölkənin boşalmağa doğru getməsi hazırda erməni ictimaiyyətinin də müzakirə etdiyi məsələdir. Ermənistanın Dövlət Statistika Xidmətinin rəqəmlərində də ölkədən kütləvi mühacirət təsdiqlənir. Ötən il bu məsələ Ermənistan müxalifəti, ziyalıları və hakimiyyəti arasında kəskin polemikaların mövzusu olub. Ermənistan Milli Konqresində birləşən müxalifət kütləvi mühacirəti ölkə üçün milli fəlakət adlandırıb və hakimiyyətin bunda günahkar olduğunu bildirib. Konqres Dağlıq Qarabağ münaqişəsi həll olunmadan və Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmadan bu fəlakətin qarşısının alınmasının qeyri-mümkün olacağını bildirir. Prezident Serj Sərkisyan isə kütləvi mühacirət problemi ilə bağlı cəmiyyətdə artan narahatlıqlardan sonra hökumətin bu məsələ ilə bağlı müşavirəsini keçirmişdi.

***

Erməni mətbuatı isə yazır ki, ölkədən kütləvi mühacirət problemi dolanışıq dalınca xaricə üz tutanların əlsiz-ayaqsız yaşlı valideynlərini atıb getməsinə gətirib çıxarır. “Lragir.am” saytının yazdığına görə, indi İrəvanın qocalar evində basabasdır və yer tapılmır. Sayt İrəvandakı 1 saylı qocalar evində il ərzində bir dənə də boş yerin olmadığını göstərir. “Orada ümidi hər yerdən tükənmiş yüzlərlə adam yaşayır. Qanuna görə qocaların bu evdə iki aydan çox saxlanılmasına icazə verilmir, lakin onları himayəyə götürmək istəyən yoxdur. Qocalar evinin sakinlərinin bir qismi Nubaraşen donuz fermasında işləyir, bu sakinlərin aldıqları qəpik-quruş pensiyadan əlavə bir qədər qazanc götürməsinə imkan verir” deyə sayt yazır. Qocalar evinin rəhbərliyi deyir ki, əgər bir dəfəyə min nəfər qəbul eləsələr belə yer çatışmazdı. Çünki müraciət edənlərin sayı həddən artıq çoxdur. Yerlər isə məhduddur. Qocalar evində yer çatışmadığından çoxları küçələrdə gecələməli olur.

***

Erməni işğalı altındakı Dağlıq Qarabağda da analoji vəziyyət hökm sürür. Bu bölgədən son illərdə çoxlu sayda erməni dolanışıq dalınca xarici ölkələrə, əsasən Rusiyaya üz tutur. Bir çoxları birdəfəlik köçüb gedir, bir çoxları isə ailələrini qoyub Rusiyaya qazanc dalınca yollanır, əsasən ildə bir-iki dəfə geri qayıdırlar. Erməni mətbuatının yazdığına görə, Qarabağı qazanc dalınca tərk edən kişilərin sayının artması separatçı rejimin rəhbərliyini narahat edir. Ona görə də Ermənistan pasportu ilə Qarabağı tərk edən kişilərin pasportuna ən uzağı 1 il qüvvədə olan xüsusi möhür vurulur. Nəticədə pasportunda belə möhür olanlar ildə bir dəfə qayıdıb yenidən qeydiyyatdan keçməli olurlar. Ehtimal edilir ki, bu separatçı erməni rejiminin Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə ehtiyatdan orduya çağırmağa döyüş qabiliyyətli kişilərin kifayət qədər olmayacağını düşünməsindən irəli gəlir. İşğal altındakı Azərbaycan ərazilərində ermənilərin hansı şərtlər altında yaşadığı barədə bugünlərdə “lragir.am” saytı ətraflı yazmışdı. Göstərilirdi ki, Qarabağda mövcud olan bahalıq dünyanın heç yerində yoxdur, iqtisadiyyat, idxal, banklar bir ovuc adamın əlindədir, insanların aldığı maaş ancaq acından ölməməyə bəs edir.

***

Buna baxmayaraq, işğal altındakı ərazilərə nəzarət edən Ermənistan rəhbərliyi və onun Xankəndində qurduğu oyuncaq rejim Qarabağın təbii sərvətlərini talayıb öz ciblərini doldurmaqla məşğuldur. Bu talançılıq hesabına Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın, indiki prezidenti Serj Sərkisyanın, hakimiyyətdə olan “Qarabağ klanı”nın digər üzvlərinin necə varlandığı barədə faktları erməni mənbələri də açmışdı. Xəbər verildiyi kimi, Ermənistan bu talançılığı genişləndirmək üçün yeni planlar qurur, Qarabağdakı mis, qızıl, daş kömür yataqları Köçəryana, Sərkisyana bağlı adamlar tərəfindən mənimsənilir. İndi isə ermənilər Qarabağın zəngin su ehtiyatları hesabına qazanmaq fikrinə düşüblər. İşğal altındakı Ağdərə ərazisində, Tərtər çayı üzərində Serj Sərkisyanın iştirakı ilə bugünlərdə yeni su elektrik stansiyası istifadəyə verilib. Separatçı rejimin “infrastruktur naziri” Karlen Petrosyan “Regnum” agentliyinə deyib ki, kiçik SES-lərin sayının artırılması hesabına yaxın gələcəkdə xaricə elektrik enerjisi satmaq planlaşdırılır. O, Dağlıq Qarabağda kiçik SES-lər inşa etmək üçün iti axan çoxlu çayların olduğunu deyib. K.Petrosyan bildirib ki, son illərdə xaricdəki erməni diasporundan olan iş adamlarının ayırdıqları vəsaitlər hesabına dörd yeni SES tikilib, bu il Tərtər çayı üzərində daha bir neçə SES tikmək planlaşdırılır.

***

K.Petrosyan deyib ki, mövcud potensial Qarabağda ildə 700 milyon kilovat saat miqdarında enerji istehsal etməyə imkan verir. Bu da tələbatdan iki dəfə çoxdur və artıq qalan enerjini “ixrac etmək” nəzərdə tutulur. Lakin bu enerjinin hara satılacağı barədə heç nə deyilmir. İlk baxışda ağıla Ermənistan gələ bilər. Lakin Ermənistanda elektrik enerjisinə tələbat ödənir və İrana da ixrac edilir. İrandan aldığı qazın əvəzində Ermənistan bu ölkəyə elektrik enerjisi verir. Bu baxımdan istisna deyil ki, separatçı rejim Azərbaycan çayları üzərində SES-lər tikərək hasil olunan enerjini Ermənistan üzərindən İrana ötürməyi nəzərdə tutur. İşğal altındakı ərazilərdən talanan sərvətlərin İrana daşındığı barədə kifayət qədər faktlar var. Bura əsasən meşə materialları, azərbaycanlı əhalinin dağıdılan evlərindən, infrastrukturdan talan edilən metallar, qiytmətli muzey eksponatları və s . daxildir. Yaxşı məlumdur ki, iranlı iş adamları işğal altındakı ərazilərdə ermənilərlə şərik biznes qururlar. Qarabağa İrandan gediş-gəliş həm Ermənistan üzərindən, həm birbaşa həyata keçirilir.

F.MƏMMƏDOV

Geri dön