Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > QRANT LAYİHƏSİNİN YEKUN HESABAT TƏDBİRİ KEÇİRİLİB
QRANT LAYİHƏSİNİN YEKUN HESABAT TƏDBİRİ KEÇİRİLİB |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin yekun hesabat tədbiri keçirilib. 1 il bundan öncə start verilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə artıq uğurla başa çatdırılıb.
Tədbirdə MEK-in əməkdaşları, Elmin İnkişafı Fondunun nümayəndələri və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak edib. Layihənin müəllifi, MEK-in Azərbaycanşünaslıq şöbəsinin müdiri, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Nərminə Abdullayeva sözügedən layihə haqqında məlumat verib. Bildirib ki, bu layihə Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olub. Məqsəd kitabxanalarının timsalında Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxanaların, elektron kataloqların və elmi bazaların yaradılması, idarə olunması prinsiplərinin öyrənilməsidir. Layihənin həyata keçirildiyi müddət ərzində nəzərdə tutulan Belarus Milli Kitabxanası, İstanbul Universiteti Mərkəzi Kitabxanası və Polşa Milli Kitabxanasının iş təcrübəsi öyrənilib. Hesabat çıxışında, layihə çərçivəsində fəaliyyəti tədqiq olunan kitabxanaların təcrübəsi öyrənilərkən aşkar olunan oxşar və fərqli cəhətlərdən bəhs olunub. Layihə üzrə alınmış nəticələrin əməli həyata keçirilməsi, gələcək tədqiqatlarda istifadə perspektivlərindən danışılıb. Həmcinin layihənin nəticəsi olaraq hazırlanmış təkliflər MEK rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda layihə ilə bağlı səsləndirilən suallar müəllif tərəfindən cavablandırılıb. Layihə çərçivəsində hazırlanmış “Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri” adlı monoqrafiya tədbir iştirakçılarına təqdim olunub. Ruslan Kərimov, AMEA Mərkəzi Elmi Kitabxana Mətbuat xidməti Geri dön |