Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ səfiri: -Senatda Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışam
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > ABŞ səfiri: -Senatda Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışam

ABŞ səfiri: -Senatda Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışam


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, DQİDK sədri M.Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir: “Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib”.

M.Qurbanlı deyib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib: “Səfir kimi namizədliyim irəli sürülərkən ABŞ Senatındakı çıxışımda Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulamışam”.

Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı səfir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Geri dön