Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Baş prokurorunun birinci müavini Rafiq Tağının qardaşı ilə görüşüb
Baş prokurorunun birinci müavini Rafiq Tağının qardaşı ilə görüşüb |
Baş prokurorunun birinci müavini Rafiq Tağının qardaşı ilə görüşüb
“Rüstəm Usubov söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini tapacaq” Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov bir müddət əvvəl qətlə yetirilən tanınmış yazıçı-publisisti Rafiq Tağının qardaşı İlqar Tağıyevi qəbul edib. Bu barədə APA-ya İ. Tağıyevin özü məlumat verib. Onun sözlərinə görə, R. Usubov istintaqın gedişi barədə ona məlumat verib: “Rüstəm Usubov mənə bildirdi ki, hələlik istintaqa cəlb olunan yoxdur. Lakin bir neçə versiya araşdırılır. Ayətullahların fətvaları, Rafiqin iş yerində hər hansı konfliktinin olub-olmaması barədə versiyalar üzərində də araşdırmalar davam etdirilir. Lakin konkret hansısa versiya üzərində dayanılmayıb. İstintaqda hələ ki, konkret bir nəticə yoxdur. Ancaq ümid edirəm ki, bu işlərin bir nəticəsi olacaq”. İ. Tağıyev qardaşının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə vermələri barədə olan xəbərlərə də aydınlıq gətirib: “Vəkil Elçin Sadıqov mərhumun ailəsi adından şikayət ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin Rüstəm Usubov mənimlə görüşündə bildirdi ki, məsələni araşdırırlar. Söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini tapacaq. Mən də buna inanıram. Bizim iddia ərizəmiz hələ məhkəmədədir. Yəqin ki, geri götürəcəyik”. Qeyd edək ki, yanvarın 12-də vəkil Elçin Sadıqov APA-ya açıqlamasında Rafiq Tağının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verdiklərini deyib. O, ailənin şikayət ərizəsində qətlin ətraflı şəkildə araşdırılmadığını və digər məsələləri qeyd etdiklərini deyib: “Bir neçə məsələ ilə bağlı istintaqa vəsatət versək də həmin vəsatətlərə cavab verilməyib. Buna görə də şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişik”. Xatırladaq ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dər Geri dön |