Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla bağlı Ermənistanda maraqlı etiraflar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanla bağlı Ermənistanda maraqlı etiraflar

Azərbaycanla bağlı Ermənistanda maraqlı etiraflar


Fərəc Quliyev: “Azərbaycan Ordusunun güclü olması həm diplomatik, həm də hərbi sahədə mövqelərimizin möhkəmlənməsi və torpaqlarımızın azad olunması üçün şərait yaradır”

Hasan Oktay: “Yaxın gələcəkdə zəbt olunmuş ərazilərin Ermənistan işğalından azad edilməsi ehtimalı var”

21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs protokolu barədə erməni mediası şok etiraf dərc edib. Ermənistanın "Hayele" qəzeti dərc etdiyi məqalədə atəşkəs sazişindən Azərbaycanın maksimum yararlandığını yazır. "Kövrək atəşkəs" başlıqlı məqalədə deyilir ki, 1994-cü ildən bəri Azərbaycan çox güclənib: "Azərbaycanın hərbi büdcəsi dəfələrlə artırılıb. Azərbaycan hərbi potensialına güvənərək Qarabağ münaqişəsini istənilən vaxt xeyrinə həll edə bilər. Rəsmi Bakının dediyi kimi, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur". Qəzet son vaxtlar cəbhə xəttində baş verənlərin təhlükəli məcraya yönəldiyindən narahatlıq ifadə edərək bildirib ki, Azərbaycan Ordusunun güclənməsi fonunda baş verən təxribatlarda indi ermənilər uduzmaqdadırlar.

Siyasi şərhçilərin fikrincə, Ermənistan tərəfinin bu cür etiraflarının arxasında gizli məqsəd axtarmaq lazım deyil. Bu, sadəcə, həqiqətin etirafıdır. Özü də danışıqlar prosesində ölkəmizin xeyrinə işləyəcək etiraflardır. Mövzu ilə bağlı Millət vəkili Fərəc Quliyev qəzetimizə bildirdi ki, orduları yalnız döyüşmək üçün yaratmırlar: "Bizim ordumuz kifayət qədər güclüdür. Əlbət ki, diplomatik səviyyədə yanaşmada da bu amil kifayət qədər əhəmiyyətli rol oynayır. Ermənistan özü də bunu gözəl başa düşür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olmasa idilər, arxasında Rusiya dayanmasaydı, Ermənistan bir gün belə Azərbaycan torpaqlarını işğalda saxlaya bilməzdi. Azərbaycanın iradəsi torpaqlarını işğaldan azad etməkdir. Bunun mümkünlüyünü dinc yolla təşkil edirlərsə, Azərbaycan etiraz etmir. Beynəlxalq təşkilatlar dinc yollarla torpalarımızın azad olunmasını istəyirlərsə, buyursunlar, etsinlər. Biz dəfələrlə bu iradəni ortaya qoymuşuq. Yox, əgər bu baş verməyəcəksə, beynəlxalq konvensiyalara görə də, Azərbaycan torpaqlarını azad etmək hüququna malikdir. Bunu ermənilər də başa düşürlər. Anlayırlar ki, dünyada yeni gəlişmələrin baş verdiyi bir vaxtda Rusiya öz mövqelərinə redaktələr edərsə, günün birində Rusiya Ermənistanın yanında olmayacaq. Belə məqamda Azərbaycan Ordusu torpaqlarını azad edə bilər. Həm də Ermənistan rəhbərliyi daxili ictimai rəyi buna hazırlayır. Çalışır ki, belə məqam yetişənə qədər torpaqların azad edilməsi dinc yollarla həll olunarsa, daxildə təpkilər yaranmasın. Yəni, bütün variantları nəzərdən keçirəndə Azərbaycan Ordusunun güclü olması həm diplomatik, həm də hərbi sahədə mövqelərimizin möhkəmlənməsi və torpaqlarımızın azad olunması üçün şərait yaradır”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay isə "Mövqe”yə bildirdi ki, Azərbaycan əraziləri uzun müddətdir ki, işğal altındadır: "İndiki status-kvo Ermənistana sərf edir. Ancaq bu vaxt ərzində Azərbaycan Ordusu və iqtisadiyyatı Ermənistana nisbətən 10 dəfə güclənib. Bu gün Qarabağ Ermənistanın belində ağır bir yükdür. Ermənistan iqtisadiyyatının hər il geriləməsi və əhalinin ölkəni tərk etməsi də məhz bundan qaynaqlanır. Fəqət bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri Qarabağı işğalda saxlamaqda davam edirlər. Azərbaycan isə iqtisadi olaraq Ermənistana küncə sıxışdıraraq Dağlıq Qarabağ mövzusunda onu tutduğu mövqedən geri çəkməyə çalışır. Artıq yaxın gələcəkdə zəbt olunmuş ərazilərin Ermənistan işğalından azad edilməsi ehtimalı var”.


Mübariz BAYRAMOV

Geri dön