Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > I Avropa Oyunlarına gələcək qonaqlar üçün unikal məkan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > I Avropa Oyunlarına gələcək qonaqlar üçün unikal məkan

I Avropa Oyunlarına gələcək qonaqlar üçün unikal məkan


Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2171,4 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Azərbaycanın şimalındaki bu ucqar kənd diyarın ən qədim yaşayış məntəqələrindən biridir.

2012-ci ilədək kəndi ətraf aləmlə cığır birləşdirirdi. Həmin cığırla yalnız insanlar və atlar hərəkət edə bilirdi. Lakin hazırda yeni yol çəkilib və körpü tikilib ki, bu da Qrıza yolu 45 kilometr azaltmağa imkan verir.

Qrız kəndi azsaylı qrız xalqının kompakt yaşadığı yerlərdən biridir. Bu xalq Qafqaz Albaniyasının əhalisini təşkil edən tayfalardan birinin nəslidir. Onların dili Nax-Dağıstan dil ailəsinin ləzgi qrupuna mənsubdur.

Qrız qonşu kənd kimi ucqar kəndlərə xas olan kiçik qapılarla əhatə olunmuş pilləli və sıx evlər düzülüşünə malikdir. Qrız evlərinin daş divarları və bacaları olan hamar torpaq damları var. Keçmişdə Qrız qala olub, hazırda kənddə yalnız onun dağıntılarını görmək mümkündür.

Kənd əhalisinin əsas məşğuliyyəti qoyunçuluqdur, zamanla burada əkinçilik, xalçaçılıq inkişaf edib.

Qubanın mərkəzindən Qrız kəndinə qədər olan məsafə təqribən 35 kilometrdir. I Avropa Oyunlarına gələcək qonaqlar paytaxtdan 195 kilometr aralıda yerləşən bu unikal kəndi ziyarət edə bilərlər.

Geri dön