Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər


Şovinistlərin ssenarisi “Traxtur”u çempionluqdan məhrum etdi, tərəfdarlar stadionun bir hissəsini yandırdı

Mayın 15-də (ordibeheştin 25-də) Təbrizdə bu şəhərin “Traxtur” takımı ilə Tehranın “Neft” komandası qarşılaşdı. Bu müsabiqədə İranın bu ilki super liqa müsabiqələrinin taleyi müəyyənləşməli idi. “Traxtur” müsabiqədə 3:1 hesabı ilə irəlidə olduğu bir vaxtda rejimin məmurları “Traxtur”un əleyhinə xüsusi ssenarilərini işə saldı. Belə ki, futbol federasiyasının məsullarından biri “Traxtur” klubunun mətbuat məsuluna İsfahanın “Sepahan” komandası ilə Kərəcin “Saypa” takımı arasında gedən müsabiqə barəsində yalnış məlumat verib. O bildirir ki, “Sepahan”la “Saypa” müsabiqəsinin nəticəsi 2:2-dir. Bundan sonra “Traxtur”un baş məşqçisi Tuni Olivera oyunun müdafiə hissəsini gücləndirib və yeni qol vurmaq üçün cəhd göstərməyib.
Son nəticədə isə “Traxtur-Neft” müsabiqəsi 3:3 olub. Müsabiqə bitənə qədər həm “Traxtur” tərəfdarları və həm də oyunçular “Traxtur”un çempion olduğunu düşünüblər. Bu arada stadionda internet də kəsilib və kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə həqiqi məlumat əldə edə bilməyib.

Ancaq “Traxtur” tərəfdarları və oyunçuların sevinci çox sürməyib və bir neçə dəqiqə sonra “Sepahan”ın 2:0 hesabı ilə

“Saypa”nı məğlub etdiyi və yeni imtiyaz (bal) əldə edərək “Traxtur” və “Neft”i üstələdiyi elan olunub. “Traxtur” isə super liqanın ikincisi elan edilib.

Bu xəbəri eşidən “Traxtur” tərəfdarları olduqca qəzəblənib və ara qarışıb. Onlar stullara (səndəli) əl atıb, onları yerindən çıxarıb və stadionunun bir hissəsini yandırıblar. Təhlükəsizlik qüvvələri nəzarəti ələ almaqda aciz qalıb və bir çox tamaşaçı yaralanıb. Hadisə yerinə ambulanslar gələnə qədər hələ stadionun bir hissəsində od sönməyib.

“İlna” xəbər agetliyi bildirir ki, futbol federasyonunun hakimlər departamentinin rəisi Hüseyn Əsgəri “Traxtur” tərəfdarlarının qəzəbindən qaça bilməyib. O stadionu yavaşca tərk etmək istəyərkən tərəfdarların birinə tuş gəlib və möhkəm döyülüb.
Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər

Tehranda futbol zamanı Traxtor Komandasına qurulmuş məkirli plan və oyundan sonra baş verənlər



“Traxtur” tərəfdarlarının etirazları kücələri bürüdü

“Traxtur”un əleyhinə baş tutan bu ssenari azərbaycanlıları bir da qəzəbləndirdi.
Məlumata görə, stadionda meydançaya hücum edib və bu hiyləkarlığa öz qəzəblərini bildirən “Traxtur” tərəfdarları stadionu tərk etdikdən sonra şəhərin müxtəlif yerlərində etiraz yığıncaqları keçiriblər. Məlumata görə, soydaşlarımız Urmiyə və Ərdəbil kimi bir çox Azərbaycan şəhərində xiyabanlara çıxıb və rejimin bu anti-Azərbaycan ssenarisinə etiraz ediblər.

Təbrizdən gələn xəbərlərə görə polis qüvvələri qonşu şəhərlərdən əlavə məmur və yardım istəyib. Abrəsan, Nisf-i Rah, Vəliəsr və Şəhnaz məntəqələrində polis qüvvələrinin dinc etirazlara kobud müdaxiləsi qarşıdurmalarla nəticələnib. Təhlükəsizlik qüvvələrinin etirazlçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi də bildirilir.

Hadisələrdə çoxsaylı soydaşımız döyülüb və onlardan bir çoxu yaralanıb.


2 qoşaçaylı “Traxtur” tərəfdarları yaxalanıb

Təbrizin “Traxtur” futbol komandasının tərəfdarlarından həbs edilənlər var. İlkin məlumata görə 2 qoşaçaylı soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Arəş İbrahimi və Saman İbrahimi baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb. Tərəfdarların Güney Azərbaycanın Qoşaçay şəhərindən olduğu bildirilir.




Muğanda “Traxtur”un müsabiqəsinin yayımına mane olublar!

Polis idarəsinin məsulları Muğanın Parsabad şəhərində “Traxtur-Neft” müsabiqəsinin yayımına mane oldular.
Mayın 15-də (ordibeheştin 25-də) keçirilən müsabiqə şəhər Televiziyası tərəfindən yayımlandığı və əhalinin futbol müsabiqəsini izlədiyi bir vaxtda, Televizya məsulları ilə əlaqə saxlanılıb və onlar işıqların (elektrik) kəsiləcəyi ilə təhdid edilib. Bundan sonra Televiziya yayımı dayandırıb və reklam proqramı başlayıb.

Məlumata görə, Polis İdarəsinin Təhlükəsizlik Bölümünün rəisi Həzrəti, yayımın qarşısının alınmasını təhlükəsizliyi qoruyan qüvvələrin az olması ilə izah edib.



İran Telekanalı Təbrizdəki etirazları təsdiqlədi


İranın dövlət Telekanallarından biri Təbrizdəki “Traxtur” tərəfdarlarının etiraz aksiyasını təsdiqləyib.
“Traxtur-Neft” müsabiqəsi ətrafında baş verən hadisələrə toxunan proqramda, Təbrizdə müsabiqədən sonra baş verən etiraz aksiyaları və müsabiqə zamanı “Sepahan-Saypa” müsabiqəsi barədə verilən yalan məlumata işarə edib.

Geri dön