Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneydəki qarşıdurmalarla bağlı son xəbərlər
Güneydəki qarşıdurmalarla bağlı son xəbərlər |
“Traxtur” tərəfdarlarından biri dünyasını dəyişdi
Mayın 15-də Təbrizdə keçirilən futbol müsabiqəsindən sonra baş verən hadisələrdən dolayı infarkt keçirən soydaşımız dünyasını dəyişib. “Traxtur” klubu tərəfdarlarının rəsmi dərnəyinin rəisi Hüseyn Kərimi İranın Futbol Federasyonuna yazdığı məktubda komanda tərəfdarlarından birinin öldüyünü bildirib. 6-cı gün günortadan sonra yayılan məktubun bir hissəsində deyilir ki, “Traxtur tərəfdarı infarkt keçirdi və bu gün vəfat etdi. Ona və onun ailəsinə kim cavabdeh olacaq?” H.Kərimi yazdığı məktubda “Traxtur-Neft” müsabiqəsinin hakimi Əlirza Fəğanini kəskin şəkildə tənqid edib və onu “Traxtur qatili” adlandırıb. Vəfat etmiş “Traxtur” tərəfdarının hələlik kimliyi açıqlanmayıb və rəsmi şəxslər onun kimliyini gizlətməyə davam edirlər. “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrin araşdırılmasına qərar verildi Mayın 15-də (ordibeheştin 25-də) Təbrizdə bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” takımı arasında keçirilən futbol müsabiqəsi və “Traxtur”un super liqa çempionu olmasının qarşısını almaq üçün həyata keçirilən hiyləkar plan azərbaycanlıların kəskin etirazına səbəb olub. Məlumata görə, soydaşlarımızın kəskin etirazından sonra İdman və Gənclər naziri və həmçinin Şərqi Azərbaycan valisi sözü gedən müsabiqə və “Traxtur”-un qələbəsinin qarşısını almaq üçün həyata keçirilən ssenarinin araşdırılmasına qərar veriblər. Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini, valinin məsələnin araşdırılmasına dair göstəriş verdiyini bildirib. Səid Şəbistəri bəyan edib ki, “bu barədə vali məsələnin ciddi araşdırılmasına dair göstəriş verib, “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələr diqqətlə araşdırılacaq.” İdam və Gənclər nazirinin də bu barədə göstəriş verdiyi bildirilir. Şərqi Azərbaycanın İdman və Gənclər İdarəsinin baş müdiri “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrin araşdırılması barədə nazirin göstəriş verdiyini bildirib. Seyid Şervin Əsbəqiyan bildirib ki, “İdam və Gənclər naziri Təbrizdə baş verən hadisələrlə ciddi şəkildə maraqlanır və ondan başqa nazir müavini Nəsrullah Səccadi və Nazirliyin təhlükəsizlik bölümünün baş müdiri Rza Həsənixu bu məsələni araşdırır.” Qeyd edək ki, keçmiş təcrübələrə əsasən Azərbaycan xalqı rejimin bu kimi araşdırmalarına etibar etmir, lakin ölkə məsullarının bu şəkildə yumuşalması kütləvi etirazların əhəmiyyət və nəticəsini göstərməkdədir. Yerli məsulların “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrə Reaksiyası Baş verən hadisələrə bir sıra yerli məsullar da münasibət bildirib. Resmilərdən ilk reaksiya yuxarıda qeyd etdiyimiz kimi, Şərqi Azərbaycan valisindən gəlib. Bunun ardınca isə, Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili öz etirazını bildirib. O deyib: ““Traxtur-Neft” müsabiqəsində baş verən hadisələr mütəxəssislər tərəfindən araşdırılmalıdır. Ona görə ki, 85 min nəfərin hissiyatı ilə oynamaq olmaz.” Məhəmməd İsmaili Səidi bildirib ki, “oyunda bir sıra şayiələr yayıldı, bu şayiələrin mənşəsi araşdırılıb və elan olunmalıdır. Hadisənin təfərrüatını bilmək əhalinin haqqıdır. Stadionda əlaqə vasitələrinin kəsilməsi məsələsinə diqqət yetirilməlidir. Mən özüm dəfələrlə mobil telefonla əlaqə saxlamaq istədim ama alınmadı. Buna aidiyyatı orqanlar cavab verməlidir.” Millət vəkili məsələni ölkə parlamentində qaldıracaqlarını da diqqətə çatdırıb. Daha bir azərbaycanlı millət vəkili Təbrizdə baş verən hadisələrə münasibət bildirib. Təbriz, Azərşəhr və Üskünün millət vəkili bildirib ki, bu məsələ Azərbaycan əhalisinin zehnindən bu tezliklə silinməyəcək. Məsud Pezeşkiyan qeyd edib ki, əgər hakimlik səhvi olmasaydı, ondan sonrakı hadisələr də baş verməzdi. Millət vəkili Andranik Teymuriyanın hakim tərəfindən oyundan çıxarmasını da pisləyib. O bildirib ki, hakim qərəzdən uzaq olub və Teymuriyana qırmızı kart göstərməyə bilərdi. Sonda millət vəkili bu məsələnin araşdırılmasını vacib hesab edib. Təbrizin “Traxtur” futbol klubunun sərpərəsti “Traxtur”-la “Neft” müsabiqəsində baş verən iyrənc ssenariyə sərt şəkildə reaksiya verib. Əyyub Zülfiqari Behrəvanın –“Traxtur” tərəfdarları qanunu pozublar və ona görə də cərimə olunmalıdılar- sözünə sərt cavab verib: “Hansı cərimə?! Çempionluqdan məhrum edilməkdən daha böyük cəriməmi var? Biz heç bir cərimədən qorxmuruq. Əgər cərimə etmək istəsələr bütün Federasyon cərimələnməlidir. Builki super liqada “Traxtur”un başını kəsdilər...” Ə.Zülfiqari əlavə edib ki, “Andranik Teymuriyanı oyundan çıxardılar, halbuki, Teymuriyan onu haqq etmirdi. Fəğaninin ona birinci sarı kart göstərməsi də yalnış idi. Super liqa rəqabətlərinin 25-ci həftəsində “Sepahan”la müsabiqədə bizim haqqımız alındı. “Perspolis”lə “Sepahan” oyununda da “Sepahan”ın xeyirinə rəy verildi. “RahAhən-Sepahan” müsabiqəsində isə Fərhad Kazimi qalib gələcəklərinə dair açıqlama verdi, lakin yenə də 3 qol ilə məğlub oldular. Aydın məsələdir ki, “Sepahan”ın çempion olmasını istəyirdilər.” “Traxtur” klubunun rəsmisi Fəğaninin hakimliyinə (davərliyinə) də etiraz edib: “Bu oyunda hakimlik bərbad vəziyyətdə idi. Nə üçün Torkini hakim etmədilər? Nəyə görə o “İstiqlal” üçün 3 dəfə hakim ola bilər ama bizim komandaya ola bilməz! Fəğani dəfələrlər göstərib ki, “Traxtur”un əleyhinə hakimlik edir. O bizim dördüncü penaltimizi də görmədi!” Təbrizin icra başçısı isə mövzu ilə bağlı izah tələb edib. Rəhim Şöhrətifər bildirib ki, Təbriz şəhərinin məsulları kimi İdman və Gənclər nazirliyi və Futdol Federasyonundan məsələnin araşdırılmasını və qaneedici izah tələb etmişik. O vurğulayıb ki, yalan məlumat yayan şəxs tapılıb və elan olunmalıdır. Biz bu şəhərin əhalisi kimi Futbol Federasyonundan qaneedici cavab gözləyirik. Geri dön |