Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mayın 24-dən sonra hara gedəcəyik: Şərqə yoxsa Qərbə?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Mayın 24-dən sonra hara gedəcəyik: Şərqə yoxsa Qərbə?

Mayın 24-dən sonra hara gedəcəyik: Şərqə yoxsa Qərbə?


Fərəc Quliyev: “Hesab etmirəm ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” üzrə Riqa sammitində Azərbaycan konkret seçim etmək mövqeyindən çıxış etməlidir”

Bu il mayın 24-də Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammiti keçiriləcək. Prezident İlham Əliyevin də həmin sammitdə iştirakı gözlənilir. Bu sammit həm Azərbaycan, həm də Qərb, xüsusilə Avropa Birliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Son bir il ərzində proqram çərçivəsində altı ölkədən üçü – Ukrayna, Gürcüstan və Moldova AB ilə Assosiasiya sazişi imzalayıb. Belarus və Ermənistan bundan imtina edib, Azərbaycan isə müəyyən qədər tərəddüd edir.

Nəhayət, Azərbaycan burada bir seçim etməlidirmi?

Millət vəkili Fərəc Quliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən sammitdə Azərbaycanın konkret seçim etmək mövqeyindən çıxış etməməli olduğu qənaətindədir:: “Azərbaycanın vəziyyəti olduqca mürəkkəbdir. Azərbaycan üzərində mövqe savaşı gedir. Bölgədə mənafeyi olan dövlətlər Azərbaycan üzərindən oyun oynayır. Ona görə də, Azərbaycan ehtiyatlı siyasət yürütmək xətti götürüb. Təbii ki, Azərbaycanın stratejii xətti Qərb dəyərlərinin inkişafı, Qərbə inteqrasiyadır. Bu siyasəti də qonşu dövlətlərlə düşmənçilik xətti ilə paralel aparmaq fikrində deyilik. Göründüyü kimi, Azərbaycan Ermənistandan fərqli olaraq Kollektiv Müqaviləsi Təşkilatına da üzv deyil və birmənalı şəkildə Avropadan üz döndərmədi. Azərbaycan əməkdaşlıq etmək haqqında sazişə də imza qoydu. Həmçinin Rusiya və digər dövlətlərlə də münasibətləri normal saxlamalıyıq. Amma blok siyasətindən imtina olunur. Hesab etmirəm ki, Avropa Birliyi “Şərq Tərəfdaşlığı” üzrə Riqa sammitində Azərbaycan konkret seçim etmək mövqeyindən çıxış etməlidir. Azərbaycan hamı ilə bərabər münasibət saxlayacaq. Hər halda strateji xətt olaraq keçmişə yuvarlanmaq xətti də götürmürük. Hansısa dövlətlərin böyük imperiya qurmaq arzusunda alət olmaq, müstəqilliyimizdən vaz keçmək niyyətində deyilik. Bərabər şəkildə tarazlıq siyasəti yürüdərək, bizə olan münasibətə adekvat münasibət siyasəti yürüdəcəyik”.

Geri dön