Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşıq Şəmşir - Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > Aşıq Şəmşir - Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.

Aşıq Şəmşir - Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.
Belə tədbirlərdən biri də Lacın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə ələqədar Abşeron rayonunda Heydər Əliyev mərkəzində keçirilən tədbirdi.

Şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.
Daha sonra Abşeron rayonunun fəal gənci Şamo Əliyevin hazırladığı Laçının işğal görüntlərini əks etdirən video carx teqdim edildi.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misrov cıxış edəərk bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il bu qəbildən olan layihələri dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev daim vətəndaş cəmiyyəti inistutlarının inkişafına diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, QHT-lər hər il dövlətdən layihələrini həyata keçirmək üçün maddi yardımlar alırlar. Artıq QHT-lərin xarici donorlardan asıllığı aradan qaldırılıb. Bütün bunlar Azərbaycanın sürətlə inkişafı və iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsinin nəticəsidir. Bunlarında arxasında düşünülmüş siyasət xalqla iqtidar arasında olan vəhdədir. Milli mədəniyyətimizin ən mühüm qollarından birini təşkil edən mənəvi-tarixi dəyərlərimizin qorunması və daşınması, xüsusən də qəhrəmanlıq, vətən­pər­vərlik, milli əxlaq və dəyaqət düşüncəsinin gənc nəslə mənimsədilməsi müs­təsna əhəmiyyətə malikdir. Azər­baycan milli-mənəvi varlığının, tarixi kimlik və müstəqillik düşün­cəsinin əsas axarlarını məhz bu dəyərlər əsrlər boyu misilsiz bir qüdrətlə qoruyub yaşatmışlar. Layihənin əsas məqsədi Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin, o cümlədən də qəhrəmanlıq, vətənpərvərlik, milli əxlaq və ləyaqət düşüncəsinin gənc nəslə mənimsədilməsi üçün elmi və mədəni-kütləvi tədbirlər planını həyat keçirməkdir. Nəzərdə tutulan məqsədi gerçəkləşdirmək üçün layihə çərnçivəsində elmi və mədəni-kütləvi təbliğatın ölkə boyunca aparılması, orta və ali təhsil müəssisələrində, gənclər təşkilatlarında, ayrı-ayrı regionlarda seminar, sərgi və konsertlərin təşkili əsas vəzifələr hesab edilir.
Belə tədbirlərdən biri də Lacın rayonunun işğal gününə həsr olunub. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Füzuli rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Lacın rayonu 18 may 1992-ci idə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında məskunlaşıbdır.
Abseron rayon təhsil sobəsinin mudiri Nadir Agayev bildirdi ki, 1992-ci ildə erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib: Nadir Agayev 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıdı.
Digər cıxıs edənlər isə bildirdi ki, düniyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

Geri dön