Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Davam.az - in poçtundan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Davam.az - in poçtundan

Davam.az - in poçtundan


"Bunu yazmaya bilmirəm. Səhiyyə Nazirliyi hepatit xəstələrini o qədər get-gələ salır ki, xəstələr özləri az qala intihar etmək istəyirlər. Məsələn xəstədən o qədər sənəd istəyir ki , o qədər xoşagəlməz hal yaradır ki, Allah göstərməsin! Allah, heç xəstə olmayan sağlam şəxs gəlib deyərmi ki , Ay aman, mən xəstəyəm, mənə kömək edin! İctimai Səhiyyə yaradılıb, bu da gözdən pərdə asmaqdır. 2015 -cİ ilin yanvarından sənəd vermişik hələ də bir xəbər yoxdu!
Axı vətəndaşın sağlımlığını bu qədər də qumara qoymaq olmaz!
Dövlət vəsait ayırıb, bəs bu xəstələri niyə müayinə- müalicəyə göndərmirlər! İnsanlar sənədləri verməyə gəlirlər, əsəbdən dəli kimi ordan qaçırlar! Boş vədlər, işləməyən telefon nömrələri !.. Bu nə vaxta qədər davam edəcək! Axı bu xəstələr də Azərbaycan vətəndaşıdır, bu xəstələrə diqqət, qayğı lazımdır! İnsan həyatı ilə, sağlamlığı ilə oynamaq cinayətdir!
Tahirə Əyyub qızı Məmmədova!"


Tahirə Əyyub qızı Məmmədovanın davam. az. saytının poçtuna göndərdiyi məktubdan məlum olur ki, səhiyyə idarələrində vətəndaşlara qarşı yaradılıan bu bürokratik əngəllər törədən bəzi məmurlar vardır. Səhiyyə Nazirliyinin Hepatit xəstəliyindən əziyyət çəkən vətəndaşlara tibbi xidmət göstərilməsi üçün yaratdığı imkanlara əməl edilməlidir. Ən azından, həmin mənfi hallar yaradan məmurlar and işdikləri "Hipokrat andı"na sadiq qalıb vicdanlarını unutmamalıdırlar.

Geri dön