Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı millət vəkilləri İdman və Gənclər nazirinə xəbərdarlıq etdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkilləri İdman və Gənclər nazirinə xəbərdarlıq etdilər

Azərbaycanlı millət vəkilləri İdman və Gənclər nazirinə xəbərdarlıq etdilər


Millət vəkilləri parlamentdə məsələ qaldırdı



10 azərbaycanlı millət vəkili İdman və Gənclər nazirinə xəbərdarlıq edərək “Traxtur” futbol takımının son müsabiqəsi məsələsinə baxılmasını istəyiblər.
Məhəmməd Hüseyn Fərhəngi, Rza Rəhmani, Əli Əlilu, Məhəmməd Həsənnejad, Nadir Qazipur, Kamaləddin Pirmüəzzin, Ərsalan Fəthipur, Qulam Hüseyn Şiri, Mehdi Dəvatgəri və Mir Hadi Qara Seyid İdman və Gənclər nazirinə yazılı olaraq xəbərdarlıq edib və super liqa rəqabətlərinin son müsabiqəsi “Traxtur-Neft” oyununda baş verən hadisələrin araşdırılmasını tələb ediblər.

Həmçinin bir neçə azərbaycanlı millət vəkili İran parlamentində məsələ qaldırıb və ölkə prezidentindən “Traxtur”un son müsabiqəsində bu komandanın çempion olmasının qarşısını alan ssenariyə baxılmasını istəyiblər.

Kamaləddin Pirmüəzzin, Məsud Pezeşkiyan, Rza Rəhmani və Seyid Muəyyid Hüseyni Sədr ölkə parlamentində məsələ qaldıraraq sözü gedən məsələnin araşdırılmasını tələb ediblər.

Kamaləddin Pirmüəzzin bazar günü parlamentdə bildirib ki, “bu macəra azərbaycanlıların əlinə iş verdi və Azərbaycan əhalisinin milli qüruruna və hissiyyatına toxundu.”

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin sonuncu həftəsi müsabiqəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşdı. Mayın 15-də (ordibeheştin 25-də) baş tutan müsabiqədə “Traxtur” super liqanın çempionu olmasın deyə Futbol Federasyonu tərəfindən “Traxtur”un baş məşqçisi və oyunçulara yalan məlumat ötürüldü. Məlumata görə, guya “Sepahan”la “Saypa” oyunu 2:2-dir və nəticə etirabı ilə “Traxtur” çempiondur. Müsabiqənin son dəqiqələrində yayılan yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücumu dayandırıb və müdafiəyə keçdilər. Bu arada stadionda internet və mobil telefonları da kəsilib. O üzdən kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə doğru məlumat ala bilməyib.Müsabiqə bitdikdən sonra elan olunub ki, “Sepahan” 2:0 hesabı ilə “Saypa”nı məğlubiyyətə uğradıb və super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra “Traxtur” tərəfdarları düzənlənən ssenarini anlayıb və baş verən hadisələrə qəzəbləniblər. Bundan sonra isə xəbər verdiyimiz kimi həm stadion daxili və həm də Təbrizdə geniş etiraz yığıncaqları olub. Etiraz aksiyalarında çoxsaylı soydaşımız döyülüb və yaralanıb. Onlardan bir neçəsi isə yaxalanıb.

Geri dön