Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhani Təbriz stadionunda baş vermiş olayları araşdırmaq üçün idman nazirinə göstəriş verib
Ruhani Təbriz stadionunda baş vermiş olayları araşdırmaq üçün idman nazirinə göstəriş verib |
Mayın 17-də İran prezidenti Həsən Ruhaninin başçılığı ilə keçirilən hökumət iclasında ölkədə baş vermiş ən son mühüm hadisələr, o sıradan da iki gün əvvəl Təbrizin Səhənd stadionunda “Tiraxtur”la “Neft” futbol komandalarının qarşılaşmasından sonra baş vermiş olaylar müzakirə edilib.
İclasda idman və gənclər naziri Mahmud Qudərzi, ölkə üzrə super liqanın final mərhələsində mayın 15-də Təbrizdə “Tiraxtur”la “Neft” komandaları arasında keçirilmiş görüşün ardınca stadionda yaşanmış olaylarla bağlı Nazirlər Heyətinə hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra məsələ barədə fikir mübadiləsi aparılıb. İran prezidenti Həsən Ruhani mövzu ilə əlaqədar fiirləri dinlədikdən sonra məsələnin araşdırılması üçün idman və gənclər nazirinə göstəriş verib. Ruhani deyib: “İdman və gənclər naziri məsələni dəqiq və ciddi şəkildə araşdırmalı, mövzu ilə bağlı hər hansı bir qanun pozuntusuna yol verilməsi sübuta yetirildiyi təqdirdə ona qarşı ciddi tədbir görməlidir”. İclasda mövzu ilə əlaqədar gedən danışıqların təfərrüatı barədə hər hansı bir məlumat yayılmayıb. Qeyd edək ki, mayın 15-də Təbrizin Səhənd stadionunda keçirilən müsabiqədə “Tiraxtur”un super liqanın çempionu olmasının qarşısını almaq üçün İran Futbol Federasiyasının nəzarətçisi tərəfindən “Traxtur”un baş məşqçisinə yalan məlumat verilib. Bildirilib ki, eyni vaxtda İsfahanda keçirilən “Sepahan”la “Saypa” komandalarının görüşünün nəticəsi 2-2 dir və nəticə etirabı ilə “Traxtur” super liqanın qəti çempionudur. Yarışın son dəqiqələrində verilən yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücum taktikasını dayandıraraq müdafiə mövqeyindən oyunu davam etdiriblər. Həmçinin yalan məlumat verilərkən stadionda internet və mobil telefonları da birdən-birə kəsilib. Stadiondan xariclə əlaqələr tam kəsildiyi üçün heç kəs İsfahandakı oyunun nəticəsi barədə düzgün məlumat ala bilməyib. Təbrizdəki müsabiqə başa çatandan sonra “Tiraxtur” tərəfdarları çempion olduqlarını zənn edərək şənliyə başlayıblar. Lakin az sonra rəsmi tribunadan bildirilib ki, “Sepahan” 2:0 hesabı ilə “Saypa”nı məğlubiyyətə uğradaraq super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən şoka düşən “Tiraxtur” tərəfdarları əvvəlcədən düzənlənən bir ssenarinin qurbanı olduqlarını anladıqdan sonra etirazlara başlayıblar. Nəticədə həm stadionda, həm də Təbrizdə geniş etiraz aksiyaları keçirilib. Bunun ardınca da onlarla etirazçı polis tərəfindən döyülüb və yaralanıb. Bir neçə nəfər isə tutulub. Geri dön |