Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz Şəhər Şurasının rəis müavini türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması məsələsindən danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Şəhər Şurasının rəis müavini türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması məsələsindən danışıb

Təbriz Şəhər Şurasının rəis müavini türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması məsələsindən danışıb


İran prezidenti Həsən Ruhaninin prezidentliyə namzəd olduğu zaman, təbliğat-təşviqat dönəmi Urmu gölünü böhranının aradan qaldırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına dair verdiyi vədlər zaman-zaman yerli məsullar tərəfindən dilə gətirilir, Lakin məlum olduğu kimi H.Ruhani günümüzə qədər bu istiqamətdə heç bir əməli addım atmayıb.
Təbriz Şəhər Şurasının rəis müavini bildirib ki, “türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması indiki prezidentin təbliğat-təşviqat dönəmi verdiyi əsas vədlərdən olub, ona görə də ümid edirik bu dəfəki səfərdə prezidentin verdiyi vəd yerinə yetiriləcək.”

İsmail Çəməni əlavə edib ki, “Urmu gölünü canlandırma məsələsi də H.Ruhaninin şüarlarından biri olub: “Urmu gölünü canlandırmaq bir insani məsələdir və özləri gölün canlandırılması ilə bağlı söz veriblər. Biz bu məsələnin ardını tutacayıq.”

O bildirib ki, daşımacılıq sahəsində məsələn avtobus almaq və Metroya büdcə ayırmaqla bağlı prezidentdən dəstək istəyəcəyik.

İ.Çəməni həmçinin mis sənayesinin təkmilləşdirilməsi, Şərqi Azərbaycan Vilayətinin yollarının yaxşılaşdırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması kimi mövzulara baxılmasının lazım olduğunu diqqətə çatdırıb.

Geri dön