Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın atom fiziklərinin “ovu” kimə lazımdır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > İranın atom fiziklərinin “ovu” kimə lazımdır?

İranın atom fiziklərinin “ovu” kimə lazımdır?


Dünyanın aparıcı dövlətləri İranın atom proqramını durdurmaq üçün sanksiyaları sərtləşdirmək kampaniyasını enişləndirməkdədir. Belə fonda İranın atom proqramında çalışan daha bir mütəxəssisin qətlə yetirildiyi barədə xəbər yayıldı
Xatırladaq ki, iki gün öncə Tehranın Seyid Xəndan küçəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini Mustafa Əhmədi - Rövşən və daha üç nəfər öldürülüb. Bu sayaq olaylarda Tehran hakimiyyətinin təmsilçiləri ilk növbədə düşmən saydığı dövlətləri ittiham edir. Bu dəfə də elə oldu. Elə həmin gün İran parlamentinin deputatı, xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali terrorda “ABŞ və sionist rejiminin təhlükəsizlik sisteminin” əli olduğunu demişdi: “Bu kimi terrorlar İran İslam Respublikasının beynəlxalq qurumlara təqdim etdiyi gizli informasiyaların düşmənlərə sızdırıldığını göstərir. İranın gizli informasiyalarını düşmənlərin ixtiyarına veriblər. Halbuki, Beynəlxalq Atom Enerjisi Agentliyi kimi bir qurum millətlərin etimad və inam yeri olmalıdır”.
ABŞ-ın dövlət katibi Hillari Klinton bu terror aksiyasının pisləyərək, ölkəsinin bu məsələdə əli olmadığın bildirib: “Mən tam qətiyyətlə ABŞ-ın bu kimi zorakı əməllərdə əli olduğunu rədd edirəm. İranla qonşuları və beynəlxalq ictimaiyyət arasında bir növ qarşılıqlı anlaşmanın olmasını vacib sayırıq. Elə bir anlaşma ki, İranın təhrikçi rəftarına son qoyulmasına, onun nüvə silahına yiyələnməsi cəhdlərinin dayandırılmasına və İranın beynəlxalq ictimaiyyətin səmərəli bir üzvünə çevrilməsinə yardım etsin”.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi də jurnalistlərlə görüşündə deyib: “Biz mülki vətəndaşların istənilən şəkildə öldürülməsini pisləyirik”.
Mustafa Əhmədi - Rövşənin qətli Tehran universitetinin professoru, atom fiziki Məsud Əli Məhəmmədinin partlayış nəticəsində öldürülməsinin ildönümünə təsadüf edir. 
M.Məhəmmədi 1979-cu il inqilabının fəallarından olub. Onda da hakimiyyət onun ölümündə “İslam Respublikasının düşmənlərini” suçladı. Daxili İşlər Nazirliyinin məsələyə dair yaydığı bəyanatda bildirilmişdi: “Qətlin arxasında İsrailin dayandığını istisna etmək olmaz”. Ölkə televiziyaları isə “İslam İnqilabına sədaqətli universitet professorunun qətlinin arxasında əks inqilabi qüvvələrin casuslarının durduğu” barədə xəbərə yaymışdı. 
“Əl-Cəzirə» telekanalına müsahibə verən iranlı məmur bildirmişdi ki, İranın atom proqramına bağlı olan istənilən şəxs xarici kəşfiyyatın hədəfi ola bilər.
M.Məhəmmədinin qətlindən sonra Tehran hakimiyyəti atom fiziklərinin təhlükəsizliyini gücləndirdiyini bildirdi.Ötən ilin sonunda isə İslam Keşikçiləri Qvardiyasının hərbçisi, Passiv Müdafiə qurumunun başçısı Qulamrza Cəlali isə ABŞ və İsrailin ölkəsinin nüvə obyektlərinə hücum etmək gücündə olmadığını demişdi: “Onlar bunu bacarsaydılar, sözsüz ki, indiyə qədər edərdilər. Hazırda bizim nüvə təsisatlarımızı ciddi təhlükə gözləmir. Lakin lazım olsa, uranı zənginləşdirən mərkəzlərimizi daha təhlükəsiz yerə köçürəcəyik. Bununla belə ona hər hansı hücum olarsa, bu, qonşu ölkələrin sağlamlığını və təhlükəsizliyini təhlükəyə salacaq ”.
Göründüyü kimi Tehran rəsmilərinin təmtəraqlı bəyanatlarına baxmayaraq, ölkənin atom alimlərinin təhlükəsizliyi yetərincə təmin olunmur. Elə nüvə obyektlərinin qorunmasının zəif olduğunu da ehtimal etmək olar. Bu təsisatlarda partlayışlar yalnız fəsadın daha böyük ərazini əhatə etməsi ilə bağlı olduğu istisna deyil. Bu həm də məsələnin başqa yöndə inkişafına səbəb ola bilər.
Tehran hakimiyyətinin terror aksiyasında ABŞ və İsraili suçlaması bir növ ölkə ictimaiyyətini sakitləşdirməyə hesablansa da, bunun müvəqqəti hal olduğu da nəzərdən qaçırılmamalıdır. Tehran bununla ölkədə həm də müharibə əhval-ruhiyyəsi yaratmağa səy göstərir. Hakimiyyəti bu təbliğatı müvəqqəti hal da sayıla bilər. Çünki perspektivdə ölkə əhalisinin bu rejimə “təhlükəsizliyimiz təmin edə bilmirsiniz” - etimadı da yox ola bilər. Belə bir durum hakimiyyətin vətəndaşlar arasında itməkdə olan nüfuzunu heç endirər.
Baş verənlərdən “İranın atom fiziklərinin “ovuna” kim çıxıb” sualı da yaranır. 
Hələ ötən ilin fevralında Britaniya və İtaliya qəzetləri yazmışdı ki, İsrail İranın atom fiziklərinə qarşı “gizli savaş” aparır. Bu yalnız onların fiziki məhvi anlamına gəlməyə bilər. Çünki beynəlxalq ictimaiyyət üçün sirr olan İranın atom proqramı ilə bağlı məlumatı az qala hər kəs bilmək istəyir. Bu baxımdan iranlı atom fiziklər həm də informasiya daşıyıcısı kimi “ovlana” bilərlər. Ona görə də ehtimal etmək olar ki, bu sayaq “informator fizikləri” Tehranın təhlükəsizlik qurumları aşkarlayıb, aradan götürür. Bununla həm onların “informasiya daşıdığı mənbəyə” ismarıc göndərir, həm də atom sahəsində çalışanlara ciddi xəbərdarlıq edir. 
Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyəti bölgədə terrorçuluğu himayə edənlərdən sayılır. Mütəxəssislərin fikrincə, bu əməllə məşğul olanlar daim ətrafdan şübhələnirlər. Onların özünəməxsus düşmənləri olur. Odur ki, İranın uyğun qurumları atomçunun qatilini başqa yerdə də ola bilər. Axı, Tehran da “sifarişli” əməliyyatlar keçirir. Ehtimal etmək olar ki, belə “sifarişlərdən” birini yerinə yetirmədiyi üçün onu bu sayaq “cəzalandırıblar”. Başqa tərəfdən isə olay baş verən kimi düşmən saydığı dövlətləri birbaşa ittiham işin obyektiv aparılmasına da kölgə salır.
Nəhayət, “atomçunu kim öldürüb - Mossad, yoxsa ETTELAAT” sualının cavabı da elə o birilər kimi hələ də sirr olaraq qalacaq…

Geri dön