Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev bəyanat verdi
Fərəc Quliyev bəyanat verdi |
Millət vəkili dövlət tərəfindən günahkarların ciddi cəzalandırılmasını tələb edib və buna əvvəlcədən inandığını bildirib
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev şəxsi və sədrlik etdiyi partiya adından mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı bəyanat verib. Bəyanatda hadisənın qəza və ya təxribat olmasından asılı olmayaraq günahkarlarının dövlət tərəfindən ciddi cəzalandırılmasını tələb edib. Millət vəkili hadisə zamanı həyatını itirənlərin ailələrunə başsağlığı verib və xəsarət alanlara Allahdan şəfa dilədiyini bildirib. MDHP Mətbuat Xidmətinin yaydığı həmin bəyanatın tam mətnini təqdim edirik: "19 may 2015-ci il tarixində Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğının ağır fəsadları bizi dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından baş vermiş faciə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir və xəsarət alanlara Allahdan şəfa diləyirik. Olduqca ağrılı nəticələrə səbəb olmuş bu hadisə bütün xalqı kədərə batırdı. Ona görə də biz bu hadisənin təsadüfən və ya təxribat olmasından asılı olmayaraq dövlət tərəfindən günahkarların ciddi cəzalandırılmasını tələb edir və buna əvvəlcədən inamımızı ifadə edirik! Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 20 may 2015-ci il" Geri dön |