Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhbus azərbaycanlı fəalın xanımı ona görə göstərilən təzyiqlərdən danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məhbus azərbaycanlı fəalın xanımı ona görə göstərilən təzyiqlərdən danışıb

Məhbus azərbaycanlı fəalın xanımı ona görə göstərilən təzyiqlərdən danışıb


Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, iki il yarımdır Kərəcin Rəcayişəhr zindanında saxlanan milli fəal Lətif Həsəninin xanımı Əzəm Piri jurnalistlərə açıqlamasında yoldaşına görə ona göstərilən təzyiqlərdən danışıb.
Yoldaşının təcili müalicəyə ehtiyacı olduğunu bildirən Əzəm Piri deyib ki, siyasi ittihamlara görə həbsdə saxlanan yoldaşına görə onu işdən çıxarıblar və işlədiyi əvvəlki ayların maaşını da vermirlər: “Məni yoldaşımın vəziyyəti ilə maraqlanıb müsahibələr verdiyimə görə tez-tez təhdid edir, aprel ayından işdən çıxarıblar. İşlədiyim zavodda bir neçə ay idi ki, mənim maaşımı vermirdilər. Novruz bayramı ərəfəsində isə mənə nəinki işlədiyim əvvəlki ayların maaşını, hətta ilin sonunda işçilərə verilən bayramlıq haqqımı da vermədilər.

İş İdarəsinə gedib şikayət etsəm də, nəticəsi olmadı. Mənə dedilər ki, bundan imtina et, yoxsa yoldaşına görə sənin işini daha da çətinləşdirərik. Deyərik ki, sən işlədiyin yerdə qanunsuz siyasi fəaliyyət fəaliyyət göstəribsən və elə buna görə də işdən qovulubsan.

Mənə göstərilən bütün bu təhdid və təzyiqlər yalnız məhbus yoldaşıma görədir. Halbuki mənim heç vaxt siyasi fəaliyyətim olmayıb. Bunlar hamısı qarayaxmadır. Yoldaşım isə ürəyindən xəstədir. Bir ildən çoxdur ki, onun müalicə ala bilməsi üçün bir neçə günlüyə evə buraxılmasını tələb edirik, lakin bizə yox cavabı verirlər. Heç kəs bizə cavabdeh deyil və problemimizlə maraqlanmır. Yoldaşım bir dəfə də infarkt keçirib və hazırkı səhhəti ağırdır. Lakin bütün bu təzyiqlərə baxmayaraq o hələ də müqavimət edir.

Yoldaşımla görüşməyimə icazə verilməsi üçün Tehran prokurorluğuna müraciət edəndə də məni təhdid edir, deyirlər ki, onun durumu barədə danışma, müsahibələr vermə. Lakin mən bu təhdidlərə baxmayaraq yoldaşımın durumu və səhhəti ilə əlaqədar lazım olanda danışacaq, müsahibələr verəcəyəm”.

Qeyd edək ki, qanunsuz təşkilat yaratmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan Lətif Həsəni 9 illik həbsə məhkum edilib

Geri dön