Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Iran prezidenti: -Tiraxtur, Asiya müsabiqələrində çempionluğunu arzuladığımız bir komandadır
Iran prezidenti: -Tiraxtur, Asiya müsabiqələrində çempionluğunu arzuladığımız bir komandadır |
Mayın 20-də Təbrizə səfər edən İran prezidenti Həsən Ruhani, şəhərin “Təxti” stadionunda əhali qarşısında çıxış edərək “Tiraxtur” futbol komandasından və qurumaqda olan Urmiya gölündən danışıb.
Təbrizin “Tiraxtur” futbol komandasının bir həftə əvvəl Tehranın “Neft” komandası ilə görüşünün nəticəsinə və məsələ ilə bağlı baş verən olaylara toxunan Ruhani deyib ki, “Tiraxtur” İrana məxsus bir komandadır: “Tiraxtur”, Asiya müsabiqələrində çempionluğunu arzuladığımız bir komandadır. Heç kəs Azərbaycan xalqının və Təbriz əhalisinin hissiyyatı ilə oynaya bilməz. Əgər baş vermiş olaylarla bağlı kimsə təqsirkar olsa, əmin olun ki, hökumət bütün gücü ilə həmin şəxsin tənbeh olunmasına təkid edəcək. Azərbaycan və qəhrəman Təbriz Məşrutə hərəkatının yaradıcıları və azadlığın qoruyucularıdır. Azərbaycanın böyük xalqının qəhrəmanlığı və şücaəti olmasaydı, 1979-cu ildə (1357-ci ildə) İslam inqilabı da qələbə çala bilməyəcəkdi. Azərbaycan böyük və şanlı ərənlər və qadınlar diyarıdır. Azərbaycan həm də Səttarxanlar, Bağırxanlar, sərdar Bakirilər, əziz Şəhriyar, Pərvin Etisami, Nizami Gəncəvi və tanınmış din alimlərinin yurdudur”. Urmiya gölünün acınacaqlı durumuna toxunan Ruhani hökumətin yaşanan problemlə bağlı fəaliyyətindən danışıb: “Şərqi və Qərbi Azərbaycan əhalisinin Urmiya gölünün quruması ilə bağlı nigaranlığını nəzərə alaraq hökumət bütün gücünü səfərbər edib ki, gölün durumu əvvəlki vəziyyətə qayıtsın və bu sahədə müəyyən işlər də gedir. Bu gün Urmiya gölünün durumu onun bir il və ya iki il əvvəlki vəziyyətindən yaxşıdır. Biz bu gölün yenidən bərpa olunması üçün əlimizdən gələni edəcək, fəaliyyətimizi davam etdirəcəyik”. Qeyd edək ki, Ruhani öz çıxışında Təbrizdə Türk Dili Akademiyasının açılacağı ilə bağlı prezident seçkisi zamanı Azərbaycan xalqına verdiyi vədlərin haçan gerçəkləşəcəyi məsələsinə toxunmayıb. Geri dön |