Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan XƏBƏRLƏRİ

Güney Azərbaycan XƏBƏRLƏRİ


Azərbaycanlı fəallar 6 ay həbsə məhkum ediliblər
Tanınmış azərbaycanlı fəallar doktor Məhərrəm Kamrani və mühəndis Saleh Mollabbasinin həbsinə dair məhkəmə qərarı çıxarılıb.  Onlar, Əhər şəhərinin inqilan məhkəməsi tərəfindən 6 ay həbsə məhkum ediliblər.Azərbaycanlı fəallar qruplaşmalarda iştirak etməklə islami hakimiyyəti yıxmağa cəhd və sistemin əleyhinə təbliğdə ittiham olunublar.Kamrani, Şəhriyar ocağının mərkəzi şurasının üzvü, qapadılmış “Oyanış” öyrənci dərgisinin müdir-məsulu və Azərbaycan nəşriyyatı ocağının üzvüdür. Mollaabbasidə tanınmış öyrənci fəallardan biridir.

Güney azərbaycanlı hüquq müdafiəçisi həbs olunub
Yanvarın 12-də İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan qadın haqları müdafiəçisi Həmidə Fərəczadə (Pinar) tutulub. Təbriz Mərkəzi həbsxanasına aparılan azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Onun konkret olaraq nədə günahlandırıldığı məlum deyil. Qeyd edək ki, Həmidə Fərəczadə Tehran Tibb Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Hökumət tərəfindən nəşrinə qadağa qoyulmuş “Çağrı” dərgisində və Urmiya şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyib. O, 2010-cu il mayın 25-də də ETTELAAT əməkdaşları tərəfindən atasının mənzilində həbs olunub. 154 gün həbsdə saxlanıldıqdan sonra 220 min ABŞ dolları zəmanətlə azadlığa buraxılıb. Sonradan İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda, ölkədə sabitliyə qarşı təhlükə törətməkdə və GAMOH-a üzv olmaq və fəaliyyət göstərməkdə günahlandırılaraq Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib.

Rusiya: ABŞ İranı Hörmüz boğazını bağlamağa məcbur etməməlidir
“ABŞ-dan İranı Hörmüz boğazını bağlamağa məcbur etməsini istəmirik “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, İran Hörmüz boğazını bağlamaq gücünə malikdir: “ABŞ-ın istənilən hərbi müdaxiləsi rəsmi Tehranı belə bir addım atmağa vadar edəcək. Ona görə də İranın istənilən təhdidlə üzləşdiyi zaman Hörmüz boğazını bağlayacağını mütləq düşünmək lazımdır”.

Geri dön