Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məhbuslarla bağlı Qətnaməsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məhbuslarla bağlı Qətnaməsi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məhbuslarla bağlı Qətnaməsi


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin siyasi məhbuslarla bağlı Qətnaməsi
Qətnamədə qeyd olunur:  
“Azərbaycan millətinin qiyamından qorxan iran rejimi millətin etirazlarını əngəlləmək və milli hərəkatın yüksəlişinin qarşısını almaq üçün hər növ hərbi və polis tədbirləri tətbiq etməkdə, Azərbaycan şəhərlərində rəsmən elan olunmamış fövqəladə hərbi vəziyyət hökm sürməkdədir. İnsanların birgə toplaşma ehtimalı olan bütün tədbirlər – dinc aksiyalar, toplantılar, hətta qonaqlıqlar belə yasaqlanmış, siyasi-milli təşkilatların fəaliyyətlərinə qadağalar qoyulmuş, sivil və mədəni təşkilatların fəaliyyəti qeyri-qanuni elan edilmişlər. Həmçinin, Azərbaycanın milli, müstəqil qəzet və dərgilərinin nəşri durdurulmuş, onların başyazarları tutuqlanmış və ya sürgün edilmişlər. İctimai şəbəkələrdə insanların bir-birilə əlaqələri nəzarət  altında saxlanılmaqla internet üzərinə də sansor tətbiq edilir və peyk antenalarla yayımlanan televizion kanallarından yararlanmaq  suç sayılır.   
Azərbaycan türkünün milli kimliyi rejim və paniranistlər tərəfindən danılmaqdadır. Azərbaycan Türklərinin dil və mədəniyyətlərinin yox edilməsi istiqamətində fars rejiminin apardığı rəsmi siyasətin nəticəsidir ki, ana dilini və milli kimliyi müdafiə etmək bağışlanmaz suç sayılır və ana dilində təhsil istəyənlər tutuqlanaraq zindanlara atılırlar.
Azərbaycanlıların təhqir olunması dövlətin rəsmi mətbuat orqanlarında geniş və ardıcıl şəkildə davam edir və idman meydanları azərbaycan türklərini aşağılama məkanına çevrilib. Bu aşağılayıcı davranışlar fars rejiminin televizion kanallarından canlı olaraq yayımlanır. Vəziyyət o həddə çatıb ki, bütün filmlərdə mənfi obrazlarda azərbaycan türkləri göstərilir.
Fars rasits rejiminin təxribatçı siyasəti Azərbaycanın ekolojisini də məhv etməkdədir. Azərbaycanı öz yerli sakinlərindən boşaltmaq üçün Urmu gölü məqsədyönlü olaraq qurudulmaqdadır.
Azərbaycanda əsaslı iqtisadi sərmayə yatırılmadığından Azərbaycanın təhsilli gəncləri ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bununla da Azərbaycan öz yaradıcı mütəxəssislərini itirmiş olur.
Rejim Azərbaycana öz təhlükəsizliyini qorumaq siasəti ilə yanaşdığından orada hər növ etiraz, hətta rejimin öz qanunlarında nəzərdə tutulmuş sərbəst toplaşma hüququnun tələb olunması  belə suç sayılaraq boğulmaqdadır. Bu üzdən də Azərbaycan və Tehran zindanları öz milli haqlarını istəyən azərbaycanlı milli fəallarla dolub daşır.  Azərbaycanlı siyasi məhbuslar əsasən öz milli haqlarının pozulmasına, ana dilində təhsilin yasaqlanmasına, dövlətin Urmu gölünü məqsədyönlü qurutmasına etiraz etdikləri üçün tutuqlanıblar. Bütün dünyada qanuna əməl etməyənlər tutuqlandıqları halda, İran adlanan ölkədə qanunun həyata keçməsini istəyənlər həbslərə məruz qalırıar. Sadəcə Təbriz zindanında 200-dən artıq milli fəal var və həbsxanalarda yer olmadığından məhbusları məscidlərin həyətində soyuq havada saxlayırlar. İran rejiminin əsassız ittihamlarla azərbaycanlı milli fəalları həbs etməsində əsas hədəf toplumda qorxu yaradaraq etirazların böyüməsini əngəlləməkdir. Elə bu səbəbdən də  İnsan Haqları Bəyannaməsində vurğulanan maddələri kobud surətdə pozan rasist iran rejimi beynəlxalq qurum və təşkilatlar tərəfindən müxtəlif qətnamələrlə  məhkum edilir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi azərbaycanlı milli-mədəni məhbusların milli mübarizə və dirənişlərini dəstəkləyir, onların ailələrinin yanında olduğunu bəyan edir və  həbsdə olan bütün milli fəalların, o cümlədən Azərbaycan türk millətinin milli haqlarının müdafiəçisi Səid Mətinpurun tezliklə qeydsiz-şərtsiz azadlığa buraxılmalarını tələb edir. Biz bütün mütərəqqi təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan və insansevər dünya şəxsiyyətlərindən istəyirik ki, Azərbaycan milli fəallarının tezliklə azadlığa buraxılmaları üçün öz səylərini artırsınlar və İran İslam Cümhuriyətini insan haqlarını kobud surətdə pozduğu üçün məhkum etsinlər.”
 
GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN II QURULTAYI
Almaniya, Köln, 07.01. 2012

Geri dön