Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Müsahibə > Savalan Talıblı- N. Göyçəlinin “Turan eposu” nda “Zikkurat” haqqında
Savalan Talıblı- N. Göyçəlinin “Turan eposu” nda “Zikkurat” haqqında |
Bu mözuya toxunmaq zərurəti Niftalı Göyçəlinin oxucular tərəfindən əsərdə yazdığı dini ayələr-“Zikkurat”a görə verilən suallar və tutulan iradlardan meydana gəlmişdir. Əsərin müəllifi ilə görüş zamanı qısa suallarla ondan əsas mətləbi öyrənmək qərarına gəldim.
-Niftalı bəy, sizə əvvəlcə oxucular tərəfindən verilən suallara əsasən “Zikkurat”ın mövzusunu haradan götürdütynüzü bilmək istərdik. -“Zikkurat” da yazdığım beytlər bədii təxəyüldən yaranmışdır. Mən dini kitabları: Avestanı, Tövratı, İncili, Qurani-Kərimi və “Peyğəmbərlər tarixi”ni oxumuşam, eyni zamanda hər bir dini kitablardakı hikmətlərə daha çox diqqət eləmişəm, yaddaşıma köçürmüşəm. Həmin hikmətlərdən yeri gəldikcə yazdığım şeirlərdə və poemalarda istifadə eləmişəm. -Niftalı bəy, bəs sizə irad tutanları, “Zikkurat”dakı beyitlərin 66 sayda olmasını, guya Qurani-Kərimin 6600 ayəsi ilə əlaqələndirib “Qurani-Kərimin icmalı” kimi yanaşma edənləri necə cavablandıra bilərsiz və onların dediyinə görə siz hansı günah iş görmüsüz? -Tam səmimi deyirəm ki, “Zikkurat”ın 66 beytlə qurtarmasını mən bilərəkdən etməmişəm və bu bir təsadüfdür. İkincisi, “Qurani-Kərimi” icmal etmək bu tam yanılış fikirdir və Qurani-Kərimi heç bir bəşər övladı icmal edə bilməz. Qurani-Kərimin türk dilinə tərcüməsini oxumuşam, 114 surə olduğunu bilrəm və neçə ayə olduğunu sanamamışam. Aşıq Ələsgərin “Altı min altı yüz ayə məndədir” misrasından yadımda qalıb ki, ayələrin sayı nə qədərdir. Sonuncu dəfə bir ilahiyyatçının telefonuma zən edib mənimlə görüşü və söhbəti zamanı ondan da “6600 ayə” sözünü eşitdim. İlahiyyatçı Türkiyədə ilahiyyat akademiyasınında təhsil aldığını bildirdi və mənə “Zikkurat” da yazdığım beytləri ayələrlə əlaqələndirib deyirdi ki, guya mən ayələrin sözlərini yarımçıq nəzmə çəkib günah iş görmüşəm... Mən o ilahiyyatçıya bildirdim ki, Nuh peyğəmbərin dilindən verdiyim ayələr mənim bədii təxəyülümdür, əgər siz ilahiyyatçılar mən yazdığım beytlərin hansındasa bir səhv tutamaq, və ya o sözlərdən üstün söz demək qabiliyyətindəsinizsə, buyurun, deyin... Nə isə, belə fikirli adamlara bir daha müraciət edirəm ki, əgər kimsə mən yazdığım beytlərin hansındasa bir səhv tutamaq, və ya o sözlərdən üstün söz demək qabiliyyətindədirsə, buyursun. Niftalı Göyçəlinin “Qədim Turan eposu”ndan “Zikkurat” adlı beytləri bir daha ayrıca şəkildə oxuculara təqdim edirik və şairin dediyi kimi: “əgər kimsə mən yazdığım beytlərin hansındasa bir səhv tutamaq, və ya o sözlərdən üstün söz demək qabiliyyətindədirsə, buyursun.” ZIKKURAT 1. Ey insan , torpaqdan xəlq etdim səni. Ruh ilə bəzədim cansız bədəni. 2. Can verən də mənəm, alan da Mənəm, Yerlərə, göylərə xaqan da Mənəm. 3. Mənim ixtiyarım, hökmüm olmadan Bir nöqtə yerini dəyişməz, inan. 4. Yeddi duyğu verdim anlamaq üçün, Mənə səcdə elə, dua et hər gün. 5. Beş duyğu aiddir sənə müstəqil, Altıncı beyninin içindədir, bil. 6. Altıncı duyğunu verdim ki, əsas Yarada biləsən Mənimlə təmas. 7. Eşitmək, iy bilmək gedişat üçün, Sizə yardım edir məlumat üçün. 8. Görməklə, dadmaqla, hissiyyatla sən Dünyəvi anlayış əldə edirsən. 9. Altıncı duyğu ki beyninizdə var, O bağlı qıfıldır, məndədir açar. 10. Kimə bir məsləhət, xəbər verirəm, Həmin duyğu ilə söz göndərirəm. 11.Sonsuzluq deyilən anlayış ki var. Tükənir orada sizin duyğular. 12.Yeddinci duyğu ki ruh göndərmişəm, Ona son mənzildə məkan vermişəm. 13. Altı istiqamət, tərəf siz bilən- Zamanla məkandır ömrə verilən. 14. Yuxarı, aşağı, ön, arxa divar, Sağ ilə sol tərəf anlamınız var. 15. Qəbir otağı da altı tərəfli Cəsədlər üçündür son mənzil, bəli. 15.Yeddinci müstəvi aləmdən kənar, Sizə son mənzildə sirli məkan var. 16. Qəbir otağında kasıb, ya varlı Hamı bərabərdir, yox dövlət-malı. 17. Hər kəsin dövləti o dünya üçün Səvab qazancıdır, anlasın düzgün. 18. Heç kim bilə bilməz ölüm vaxtını, Qurmuşam hər kəsə əcəl taxtını. 19. Adımı çəkəmdə tək məni anın, Bəşər hər kim isə, şərik qoşmayın. 20. Sizə xidmət edir bütün kainat, Ulduzlar, Ay, Günəş, yerdəki büsat. 21. İki aləm üçün xəlq etdim sizi, Mələklər qeyd edir əməlinizi. 22. Birinci yaşayış yer üzündədir, İkinci həyata var mizan-tədbir. 23. İkinci aləmdə yaşamaq ancaq Əmələ münasib rəftar olacaq. 24. Cəhənnəm əzabı çox dəhşətlidir, Bədəməllər üçün məşəqqətlidir. 25. Hər kəsə verdiyim qabiliyyətlə, Rüzi qazanmalı şükran biətlə. 26. Vermişəm hər kəsə peşə, bir sənət, Ondan hərəkətdir, Məndən bərəkət. 27. Mənim verdiyimi alammaz bəşər, Mən ucaldan kəsə gəlməz bir xətər. 28. Mənim aldığımı verəmməz heç kim, Mənəm var da verən, alan da hakim. 29. Şeytanı nə üçün yaratmışam Mən, O mənim sirrimdir sizlər bilməyən. 30. Onun tərəfinə getməyin ki siz, Çətin sınaqlardan keçəsiz təmiz. 31. Şeytan yolu ilə gedənlər bilsin, Cavankən şər işdən qorxsun, çəkinsin. 32. Sonradan gec olur qocalan zaman, Tövbə qapısında qalacaq nalan. 33. -Tutduğum şər işdən peşmanam,- deyə Nə qədər desə də, yetməz ərsəyə. 34. Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var. 35. Mənə şərik qoşan olur özündən, Düşür Cəhənnəmə yalan sözündən. 36. Mənim ehtiyacım yoxdur heç nəyə, Bəşər qadir deyil o səviyyəyə. 37. Yalnız ibadətdir əsas tələbim, Möminə köməyim, vardır səbəbim. 38. Baxın, baş barmağın uc cizgiləri Fərqlidir, saymırıq bir əkizləri. 39. Adəmdən törəyən var ki nə qədər, Barmaq izlərilə ayrılır bəşər. 40. Hər kəsin şahidi öz barmağıdır, Yaxşı-pis əməlin həm ortağıdır. 41. Adəmdən həndəsi silsilə kimi Artırıram sizi, belədir çəmi. 42. Bir zaman yenə də silsilə sayaq İnsan azalması labüd olacaq. 43. Nə vaxt ki yer üzü tam boşalacaq, Qiyamət günü də onda qopacaq. 44. Ulduzlar, Ay, Günəş, küllü kainat, Tamam məhv olacaq qurulan büsat. 45. Cənnətə gedənlər nura qərq olan Görəcəklər gözəl məkan firavan. 46.Mənəm söz, hikmətin sahibi olan, Şeytana uyanlar qalacaq nalan. 47.Cəhənnəm oduna yanacaq onlar, Orada əzablar, işgəncələr var. 48.Cəhənnəm əzabı çox dəhşətlidir, Bəd əməllər üçün məşəqqətlidir. 49. Kimlər qüdrətimə səcdə edəndi, Axirət yoluna doğru gedəndi. 50.Tək Mənə ibadət, səcdə edənlər- Mömindir əməli pak olan bəşər. 51.İman olsun gərək qəlbin içində Azaddır hər insan din seçimində. 52.Mənim dediklərim səadət yolu- Hikmətdir, ibrətdir-mənalar dolu. 53.Öyrənmək istəsən doğrudan xəbər, Budur haqqın yolu əsas hikmətlər. 54.Birinci oxumaq-yazmağı öyrən, İdrakla aləmi dərk edəsən sən. 55. Sizə ki vermişəm birinci həyat, Elmlə, biliklə bağlıdır büsat. 56.Tarix ibrətləri anladır sizə, Bədii aiddir əyləncənizə. 57. Ölçü, çəki, zaman, hərəkət, məkan- Fizika öyrədir, anlayır insan. 58. Zahiri görünüş, quruluş, tərəf Həndəsi bilikdir məntiqi hədəf. 59. Kimya maddələrin təkini, yəni Öyrənir ayrılma, həm birləşməni. 60. Hesab da öyrədir saylar olanı, Gedəni-gələni, əldə qalanı. 61. Coğrafiya deyən xəbər, gedişat Yer səthinə aid verir məlumat. 62. Mənim xəlq etdiyim- siz bəşəriyyət Mənim hökmüm ilə qurmuş ünsiyyət. 63. Heç kəs öyünməsin:- var-dövlətim var, Məndən aşağıdır qalan insanlar... 64. Hər kəsin yeri var mənim yanımda, Hamı bərabərdir haqq-divanımda. 65.Yalnız üstün olan xeyir əməldir, Axirət gününə yaxşı təməldir. 66.Məndən gizli deyil heç bir əməl, iş, Mənim hökmüm ilə dolanır gərdiş. AZTV-nin əməkdaşı, Prezident təqaütçüsü, gənc yazar Savalan Talıblı Geri dön |