Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ailə- Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən regionlarda maarifləndirmə tədbirləri keçiriləcəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ailə- Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən regionlarda maarifləndirmə tədbirləri keçiriləcəkdir

Ailə- Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən regionlarda maarifləndirmə tədbirləri keçiriləcəkdir


“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu il “Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmlərinə dair regionlarda maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə həyata keçirəcəkdir. Layihənin məqsədi regionlarda qadın və uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə təlimlər təşkil etmək, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.
Layihənin icrası məqsədilə Sabirabad, Saatlı, Salyan və Biləsuvar rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələri arasında hər rayon üzrə iki günlük maarifləndirmə tədbirləri keçiriləcəkdir.
Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”, bu qanuna müvafiq olaraq qəbul edilmiş Nazirlər Kabinetinin Qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələri barədə məlumat veriləcəkdir.
Eyni zamanda, müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxışlar edəcək və rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaqdır.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq, aidiyyatı qurumlara təqdim ediləcəkdir.


Mətbuat xidməti

Geri dön