Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan alimlərindən ilk: Günəşdəki dəyişikliklər arıların məhsuldarlığına təsir göstərir
Azərbaycan alimlərindən ilk: Günəşdəki dəyişikliklər arıların məhsuldarlığına təsir göstərir |
Azərbaycan alimləri apardıqları elmi araşdırmalardan sonra Günəşlə bağlı dəyişikliklərin arıların məhsuldarlığına təsir göstərə biləcəyi qənaətinə gəliblər.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, dünya üzrə bir neçə ili əhatə edən statistik məlumatlar əsasında aparılmış və müasir spektral analiz üsullarının tətbiq edildiyi araşdırmaların nəticələrinə əsasən, Günəş fəallığı və geomaqnit fəallıqlarının minimum olduğu illərin üst-üstə düşdüyü zamanlarda bal arılarınn məhsuldarlığı artır. Alimin sözlərinə görə, həmin illərdə məhsuldarlığın artması bal arılarının qarın hissəsində nanoölçülü maqnetit hissəciklərinin mövcudluğu və kiçik səviyyəli geomaqnit həyəcanlanmalarının onlara “gümrahlıq” yaradan qıcıq verməsi ilə izah edilə bilər: "Başqa sözlə, kiçik səviyyəli geomaqnit həyəcanlanmaları arıları qıvraq olmağa və daha çox işləməyə sövq edir. Təbii ki, bununla bağlı izahlar çox ola bilər, lakin multidissiplinar yanaşmalardan biri kimi yuxarıda qeyd olunan “maqnit-reseptor” təsir mexanizmi maraq doğurur. Artıq sübut olunub ki, bal arıları geomaqnit sahəsinə və onun həyəcanlanmalarına reaksiya verirlər. Bir arı hardasa yaxşı məhsul tapan zaman onu başqa arılara xəbər etmək üçün “8” formasında rəqs edir. Geomaqnit həyəcanlanması olan günlərdə isə onların həmin rəqsi zamanı 20 faizə qədər hallarda pozulmalar baş verir”. E.Babayev qeyd edib ki, araşdırmaların nəticələrinə əsasən, Günəş fəallığı çox olan illərdə bal arılarının beçələri də daha çox əmələ gəlir, bu say Günəş üçün mühüm olan kvazi-11-illik periodla dəyişir. Rəsədxana direktorunun müavinin sözlərinə görə, sadalanan amillərlə əlaqədar ötən il arıların məhsuldarlığının az olacağı nəticəsinə gəliblər və həmin nəticə də özünü doğruldub: "Ötən il Günəş fəallığında müşahidə edilən ikinci maksimum geomaqnit fəallığının artması ilə üst-üstə düşmüşdü". E.Babayev hesab edir ki, bu istiqamətdə daha geniş araşdırmaların aparılmasını təmin etmək üçün ölkədə arıçılıqla bağlı statistikanı özündə əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının və ya saytın yaradılmasına ehtiyac var. O, anoloji sistemin artıq bəzi Avropa ölkələrində yaradıldığını da qeyd edib: “Azərbaycanda məlumat bazasını toplamaq üçün elə bir mərkəzləşdirilmiş sistem yoxdur. Bu sahədə Avropa ölkələrinin təcrübəsi var, onların xüsusi internet səhifələri var, oraya bu sahə ilə bağlı məlumatlar yerləşdirilir”. Geri dön |