Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının dünyaya bəxş etdiyi mənəvi sərvətlərdən biri idi - millət vəkili
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının dünyaya bəxş etdiyi mənəvi sərvətlərdən biri idi - millət vəkili

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının dünyaya bəxş etdiyi mənəvi sərvətlərdən biri idi - millət vəkili


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycan xalqının dünyaya bəxş etdiyi mənəvi sərvətlərdən biri idi. Bunu bazar ertəsi Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib.

"Azərbaycanda qurulan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik cümhuriyyət idi. Bu dövləti qurmaqla biz Azərbaycanın çox mədəni bir xalq olduğunu, Avropanın öyündüyü dəyərlərin bizdə daha yüksək səviyyədə tətbiqinin mümkün olduğunu göstərə bildik", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, həmin dövrdə müstəqilliyə nail olmaq Azərbaycan xalqının şərəf işi idi.

"AXC-nin qurulması ilə Azərbaycan xalqı azadlığın dadını gördü. Üstündən 70 il keçdikdən sonra müstəqillik bərpa olundu. 1991-ci ildə Azərbaycanın müstəqil olması üçün AXC örnəyi mühüm idi", - millət vəkili deyib.

O hesab edir ki, iki illik fəaliyyəti dövründə AXC hakimiyyəti millətin qulluğunda olan hökumət olduğunu sübuta yetirdi.

"AXC hakimiyyətini süquta yetirən bir üsyan və ya inqilab olmadı. Həmin hökuməti xalq sevirdi və axıracan o dövləti qorudu. Həmin dövlət işğal nəticəsində süquta uğradı", - Quliyev vurğulayıb.

O deyib ki, AXC bir sıra islahatlarla da yadda qalıb.

"AXC dövründə həm təhsildə, həm hərbi sahədə, həm də mili valyutanın dövriyyəyə buraxılması məsələsində çox ciddi irəliləyişlər oldu. Azərbaycan xalqı çox tolerant olduğunu həmin dövrdə də ortaya qoydu. Bu tolerantlıq həm dini məsələlərdə, həm də milli məsələlərdə özünü göstərirdi. Bir sözlə, o dövrdəki demokratik cümhuriyyət demokratik dəyərləri üstün tutan bir dövlət oldu", - o qeyd edib.

İndiki Azərbaycan Respublikasının həm hüquqi, həm də siyasi varis olduğunu xatırladan Quliyev qeyd edib ki, AXC-nin sərhədləri də bərpa olunmalıdır.

"Bizim o dövrdə qurduğumuz dövlətin sərhədləri 1991-ci ildə müstəqilliyini bərpa edən dövlətin sərhədləri ilə eyni deyil. AXC-nin süqutundan sonra Azərbaycanın Zəngəzur və Göyçə bölgələri SSRİ hakimiyyəti tərəfindən Ermənistana verildi. Biz iddia etməliyik ki, həmin ərazilər işğal altındadır. Biz həmin ərazilərin işğaldan azad olunmasını tələb etməliyik", - o vurğulayıb.

Geri dön