Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zərif: -Bölgə ölkələri ilə dialoq və saziş Tehranın əsas prioritetlərindən biridir
Zərif: -Bölgə ölkələri ilə dialoq və saziş Tehranın əsas prioritetlərindən biridir |
İran xarici işlər naziri Məhəmmədcavad Zərif mayın 26-da İslam Əməkdaşlıq Təşkilatının iclasından sonra jurnalistlərə açıqlamasında İŞİD-dən və ölkənin ərəb qonşuları ilə münasibətindən danışıb.
Zərif deyib ki, Tehranın öz ərəb qonşuları ilə heç bir problemi yoxdur və o hər bir məsələnin həlli üçün Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb danışıqlar aparmağa hazırdır: “Bölgə ölkələri ilə, o səradan da Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə dialoq və saziş İranın xarici siyasətinin əsas prioritetlərindən biri sayılır. Bu gün İŞİD terror qruplaşması bölgənin bütün ölkələrini təhdid edir. Bu hamımıza qarşı bir təhdiddir. İŞİD təhlükəsi həm də bütün regionu təhdid edir. Elə buna görə də hesab edirik ki, bu böhrandan yeganə çıxış yolu bir-birimizə qarşı təhrikçi hərəkətlər etmək deyil, mövcud problemin aradan qaldırılması üçün birgə əməkdaşlıq aparmaqdan asılıdır. Yəmən məsələsinə gəldikdə isə biz Səudiyyə Ərəbistanlı qardaşlarımıza deyirik ki, onların bu ölkədə etdikləri hərəkətlər sonunda özlərinin ziyanı ilə nəticələnəcək”. Geri dön |