Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçdə "28 May dəyərləri" adlı seminar keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > İsveçdə "28 May dəyərləri" adlı seminar keçirildi

İsveçdə "28 May dəyərləri" adlı seminar keçirildi


Mayın 27-ndə İsveçin paytaxtı Stokholm şəhərində İsveç-Azərbaycan "Qarabağ" cəmiyyətinin təşkilatçılığı ilə "28 May dəyərləri" adlı seminar keçirilib. Seminarın əvvəlində cəmiyyətin təmsilçisi və seminarın aparıcısı Ayda Əmir Haşimi tədbirin keçirilməsi haqda qısa məlumat verdikdən və qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının himni səslənib. Sonra giriş nitqi ilə İsveç-Azərbaycan "Qarabağ" cəmiyyətinin sədri Abdulla Əmir Haşimi çıxış edərək, iştirakçılara və məruzəçilərə təşəkkürünü bildirib, 28 May Azərbaycan Cumhuriyyətinin yarandığı günün əhəmiyyəti haqda iştirakçılarla fikrlərini bölüşüb. Nəhayət məruzələr başlanıb. İlk məruzə ilə isə AMEA əməkdaşı, tədqiqatçı alim Yasəmən Qaraqoyunlu çıxış edib. O, 28 May və Rəsulzadə şəxsiyyətinin tariximiz üçün önəminə işarə edərək bu mövzunun eyni kontekstdə öyrənilməsi zərurətinə təkid edib. Milli təsanüd nəzəriyyəsinin İsveç siyasi sisteminə uyğunluğuna bəhs edən Yasəmən Qaraqoyunlu, bu günümüzdə də Azərbaycan üçün bu siyasi-ideoloji sistemin zərurətinə işarə edib. İkinci məruzə ilə Ümid Partiyasının İctimaiyyətlə əlaqələr vəXaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı çıxış edib. Rüfət Muradlı 28 May və Azərbaycan Cumhuriyyətinin elan olunmasına işarə edərək, bunu həm dövlətçilik və həm də millət adına böyük uğur olduğuna işarə edib. O, cıxışında Azərbaycan Xalq Demokratik Cumhuriyyətinin təsis olunmasını Avropada yeni milli və modern dövlətlərin yaranması ilə , Məmməd Əmin Rəsulzadəni isə Avropanın görkəmli siyasətçiləri ilə müqayisə edib. Çıxışının davamında Məmməd Əmin Rəsulzadənin Güney Azərbaycandakı fəaliyyətləri haqda danışan Rüfət Muradlı, onun bu haqda “İran türkləri” və “Azərbaycan şairi Nizami” əsərlərindən də sitatlar gətirib. Daha sonra məruzələr ətrafında çıxışlar başlanıb. Çıxış edənlərdən İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin, İsveçdə yaşayan azərbaycanlı rejissor Rahim Sadıqbəyli, soydaşlarımız Vidadi Adıgözəlli, Əsəd Sadiqi və başqaları 28 May, Azərbaycan Cumhuriyyətinin yaranması və Cumhuriyyət dəyərləri, eyni zamanda Cumhuriyyət ənənələrinin Güney Azərbaycandakı siyasi proseslərə təsirləri haqda öz fikirlərini bölüşüblər. Dörd saata yaxın davam edən seminar, iştirakçıların məruzə ətrafında maraq doğuran suallarının cavablandırılması, habelə son günlər sözdə soyqırım məsələsində ədalətsiz mövqe sərgiləyən İsveçdə çap olunan və bütün Skandinaviyanın müştərək mətbu orqanı sayılan “Historia” dərgisinə etiraz məktubunun imzalanması ilə sona çatıb. Seminarın sonunda 1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökümətin himni səsləndirilib.

Geri dön