Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Koreyada -İpək Yolu- sərgisində Azərbaycanın qədim nümunələri nümayiş olunur
Koreyada -İpək Yolu- sərgisində Azərbaycanın qədim nümunələri nümayiş olunur |
Koreyada Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən milli nümunələr nümayiş olunur.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) nəzdində fəaliyyət göstərən “KOICA Qlobal Kənd”ində İpək yolu ölkələri – Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyətini əks etdirən sərginin açılış mərasimi keçirilib. Agentlikdən verilən məlumata görə, tədbirdə KOICA-nın prezidenti Kim Yonq-mok, Koreya Parlamentinin üzvü Şim Yun-co, KR Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlığı Bürosunun (İdarə) baş direktoru Oh Yonqcu, Özbəkistanın Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət naziri Elyor Qəniyev, Azərbaycan, Özbəkistan və Qırğızıstanın Koreya Respublikasındakı Diplomatik misiyyalarının rəhbərləri daxil olmaqla 100-dən artıq qonaq iştirak edib. Açılış mərasimində çıxış edən rəsmilər bu cür sərgi və təhsil proqramlarının təşkil edilməsinin ölkələrin coğrafi yerləşməsindən, dini mənsubiyyətindən və etiqadından asılı olmayaraq xalqlar arasında biliklərin artırılması, dostluq və mədəni münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına əminliklərini bildiriblər. Sonra “İpək Yolu” adlı Sərgi Mərkəzinin rəsmi açılış mərasimi keçirilib və sərgiyə baxış təşkil olunub. Sərgi mərkəzində yaradılan “Azərbaycan pavilyonun”nda Səfirlik tərəfindən təqdim olunmuş milli xalça nümunələri və ölkəmizin qədim xalça sənətinə dair kitablar, musiqi alətləri və milli qeyim nümunələri, miniatürlar və qədim abidələrimizə dair şəkillər nümayiş etdirilir. 2016-cı ilin iyun ayınadək davam edəcək sərginin keçirilməsinə əsas məqsəd Koreya vətəndaşları və KOICA-nın təlim proqramlarında iştirak edəcək xarici ölkə rəsmiləri və qonaqlarını Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyəti barədə məlumatlandırmaqdır. Geri dön |