Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı Milli Məclisdə çıxışı.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı Milli Məclisdə çıxışı.

Fərəc Quliyevin 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı Milli Məclisdə çıxışı.


Hörmətli sədarət, kolleqalar!
2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı fikirlərimi hörmətli hökumət üzvləri ilə bölüşmək istəyirəm.


Bu sənəddə prinsipcə çox əhəmiyyətli məsələlərin həyata keçirildiyi görünsə də bir çox məsələ narahatlıq doğurmaya bilməz. Çünki, Büdcə həm də davamlı inkişaf üzrə Dövlət proqramıdır.
Ölkə iqtisadiyyatının diversifikasiyası hesabatdan da görünür ki , qaneedici həddə deyil. Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz. 2014-cü ildə ölkə üzrə ticarət əməliyyatlarının həcmi 31,0 mlrd .ABŞ dolları,o cümlədən idxal əməliyyatları üzrə 9,2 mlrd.ABŞ dolları, ixrac əməliyyatları üzrə isə 21,8 mlrd ABŞ dolları təşkil etmişdir. Nəticədə 12,6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır. Amma bu müsbət saldo nəyin hesabına yarannmışdır? Təbii ki neftin. Hədəf isə bu 21,8 mlrd ABŞ dolları miqdarında ixrac məhsullarını ölkəmizdə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsulları hesabına etmək olmalıdır. Amma bu istiqamətdə göstərilmiş fəaliyyət qənaətbəxş sayıla bilməz. İdxal olunan 9,2 milyardlıq məhsulların isə əksəriyyəti ölkəmizdə istehsal olunan və ya oluna bilən məhsullardır. Ən qəbulolunmazı isə odur ki, idxal məhsullarının bir çoxuna gömrükdə müvafiq avtonom taariflər tətbiq olunmadığından yerli istehsal məhsulları xaricdən gətirilən eyni adlı məhsullarla rəqabətə tablaşmır, süni şəkildə sıxışdırılır və bu məhsulların istehsalına maraq azalır. Bu isə ərzaq təhlükəsizliyi baxımından və tələbatın yerli istehsal hesabına ödənməsi baxımından neqativ haldır. Həm də iş yerlərinin azalmasına aparan haldır.
Bütün bunlar onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır. Etiraf olunmalıdır ki, keçən dövrdə İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.
İqtisadi təsnifata uyğun olaraq mənzil və kommunal təssərrüfatı xərclərindən abadlaşdırma xidmətləri haqqının ödənilməsinə 229,7 mln. manat , və.s. xərclər adı ilə isə 52.7 mln. manat vəsait xərclənmişdir. Abadlaşdırma xidmətləri,və.s. xərclər adı ilə ayrılan vəsait göyə sovrulan vəsaitdir. Bunu yanğın törədən üzlüklər timsalında gördük. Bütövlükdə Mənzil kommunal təssərrüfatı üçün 420 mln manat vəsait xərclənmişdir. Halbuki bu sahə ,dövlət mülkiyyəti özündə saxlamaq şərti ilə özəl idarəetməyə verilsə idi bu vəsait xərclənməz , əksinə büdcəyə vəsait gətirərdi. Mən hökuməti növbəti dəfə bu məsələyə diqqət yetirməyə çağırıram.
2014-cü il Dövlət büdcəsindən Avtomobil Yolları Məqsədli büdcə fonduna 214 mln manat , yolların əsaslı təmirinə 53,2 mln manat vəsait ayrılmış və tam xərclənmişdir. Yolların əsaslı təmiri zəruridir, amma istismar müddəti nə qədər olacaq, bu sualdır. Çünki gözəl bir yol çəkilir, üstündən qısa bir müddət keçməmiş dağıdılır. Təssərrüfatlar arasında koordinasiya bərbad vəziyyətdədir və bu ciddi israfçılığa səbəb olur.
Yeri gəlmişkən başqa bir məsələyə də toxunmaq istəyirəm. Prezidentin təşəbbüsü ilə çirkli göllər təmizlənir, ekoloji natamamlıq aradan qaldırılır. Bir tərəfdən də dəfələrlə etiraz etməyimizə baxmayaraq, Masazır duz gölü daş –torpaq, zibil, daş karxana tullantıları ilə doldurularaq qurudulur və üzərində obyektlər tikilir. Bu əsrarəngiz təbiət hadisəsinə belə münasibət ölkə prezidentinin təbii sərvətlər siyasətinə də ziddir.
Büdcənin gəlirlər hissəsinin yarıdan çoxunun Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin olunması, Neft Fondunun investisiya siyasətində dəyişiklik edilməməsi və əhəmiyyətli dərəcədə dəyər itirən rus rublunu valyuta ehtiyatında saxlanması məsələsini əvvəlki büdcə müzakirələrində tənqid etsəm də yenə təkrarlamaq məcburiyyətindəyəm. Əlbəttə bütün tənqidlərimiz çatışmazlıqların aradan qaldırılması arzusundan doğur, inanıram ki, Vətənimizin daha da qüdrətlənməsi üçün hökumət çatışmazlıqları aradan qaldıracaq, bütün imkanları səfərbər edəcəkdir.
Diqqətiniz üçün təşəkkür edirəm.

Geri dön