Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Millət vəkili Güney Azərbaycanın coğrafi, mədəni, sənaye və iqtisadi əhəmiyyətindən danışıb
Millət vəkili Güney Azərbaycanın coğrafi, mədəni, sənaye və iqtisadi əhəmiyyətindən danışıb |
Güney Azərbaycan bir tərəfdən İranla Avropa, digər tərəfdən isə İranla Qafqaz arasında bir körpüdür. Coğrafi məkan olaraq əksər qərb sənayesi və teknoloji ilk öncə Güney Azərbaycana sonra isə İranın müxtəlif bölgələrinə yol tapır.
Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili bildirib ki, “Şərqi Azərbaycan Avropa sənayesinin İrana daxil olması üçün giriş darvazasıdır.” Əlirza Monadi Azərbaycan şirkətlərinin tanıtım konfransında bəyan edib ki, “Bu cümləni deyəndə sadəcə coğrafi baxımdan yanaşmırıq. Sənaye, mədəniyyət və s. kimi özəlliklər Azərbaycan əhalisinin xüsusiyyətləridir və biz bunun qorunub-saxlanılması üçün çalışmalıyıq.” Millət vəkili sözlərinin davamında deyib: “Birinci çapxana, qəzet, şəhər şurası, həmçinin barıt və kibrit zavodları (karxanə) kimi sənaye birinci dəfə Təbriz və Azərbaycanda işə başlayıb. Mədəniyyət sahəsinin birinciləri kimi ustad Şəhriyar, Əllamə Cəfəri və Pərvin Etisamiyə işarə etmək olar.” Təbriz, Azərşəhr və Üskünün millət vəkili sözlərinin sonunda əlavə edib ki, “biz İranın keçmiş iqtisadiyyatınının varisiyik. Bu sahədə tarixi Robb-i Rəşidi kolleci və Təbrizdə yerləşən dünyanın ən böyük qapalı bazarının adını çəkmək olar. Hansıki YUNESKO tərəfindən qeydə alınıb və bu bölgənin elm və mədəniyyətinin göstərgəsidir. Biz bu yüksəkliyi bərpa etmək üçün çalışmalıyıq. Geri dön |