Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarpız tumunun möcüzələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qarpız tumunun möcüzələri

Qarpız tumunun möcüzələri


Əksər insanlar qarpızı xoşlasalar da, onun tumlarını atırlar. Amma nahaq. Axı bu tumların insanın sağlamlığına çox xeyri var. Əgər biz tumları tamamilə uduruqsa, bunun orqanizmə heç bir xeyri olmur. Amma onları əzərək çay hazırlayıb içiriksə, onda müsbət nəticəsini görəcəyik.

Qarpızın tumunda olan liflər həzm yolunun normal fəaliyyəti üçün əhəmiyyətlidir.

Onlar insanı parazitlərdən qoruya bilərlər. Orqanizmin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə həll edilmiş qarpız toxumlarının (nisbət 1:10) tozundan istifadə edilir. Bu, bir həftə ərzində səhər və axşam qəbul edilir.

Tumlarda olan sitrullin maddəsi antioksidləşdirici təsir göstərərək damarların genişləndirilməsinə və arterial təzyiqi aşağı salmağa kömək edir. Alimlərin məlumatına görə, qarpızın tumları böyrəklər üçün çox faydalıdır. Təzə qarpız tumlarından hazırlanan çay sidikqovucu təsirə malikdir.

Hesab edilir ki, qarpız tumları yaddaşı yaxşılaşdırmağı da bacarır. Onlar, həmçinin kişilərdə potensiyanı yüksəltməyə kömək edir.

Qarpız tumlarından çayın hazırlanmasının üsulu:

4 xörək qaşığı təzə döyülmüş tumun üzərinə 2 litr su əlavə edilir və 15 dəqiqə ərzində dəmlənilir. Bu çayı iki gün ərzində içmək lazımdır. Bu proseduru iki həftədən sonra yenidən təkrarlamaq olar. Bunun üçün qarpız ekoloji təmiz olmalıdır. Öz bağ sahənizdə böyüdülmüş qarpızlardan istifadə etməyiniz daha arzuolunandır.

Geri dön