Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəşəm Nəcəfzadə- Azərbaycan ədəbi mühitinə bənzərsiz poetika əlavə etmişdir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Qəşəm Nəcəfzadə- Azərbaycan ədəbi mühitinə bənzərsiz poetika əlavə etmişdir.

Qəşəm Nəcəfzadə- Azərbaycan ədəbi mühitinə bənzərsiz poetika əlavə etmişdir.


Poeziyada məlum olan, hələ Aristotel “Poetikasında” göstərilən ədəbiyyat nəzəriyyəsinin tələnblərində: təqlid, metr, ritm, fabula, janr anlayışları vardır və bunlar heç də mütləq deyildir. Şeriyyətdə bəzən olur ki, lirika birincilikdə nəql ikincilikdə, bəzən də nəql birincilikdə, lirika ikincilikdə çıxış etməsilə deyirik ki, epik-lirik və lirik-epik əsərlər. Müasir dövrdə tənqidçilər tərəfindən ən çox Aristotel nəzəriyyəsinə istinad edilir. Lakin bədii lövhələr çox cüzi verilən təqlidlərdə məzmun, leksik quruluş bəzən elə güclü olur ki, təqdim olunan şeir tam başqa bir məcrada orijinal istiqamət alır. Belə baxımdan Qəşəm Nəcəfzadə poeziyasında məntiqi təfəkkürlə bədii təfəkkür vəhdətdəti müasir şeriyyətə yenilik gətirmişdir.
Mənim bu cür nəzəri yanaşmam Qəşəm Nəcəfzadə şeriyyətinin başqalarından fərqli, tam uzaq olan bədii lövhələri və uslubundan irəli gəlmişdir. İrəli sürdüyüm fikirimə münasib yaradıcılığına hörmət və ehtiramla yanaşdığım Qəşəm Nəcəfzadənin “Qarabağ şikəstəsi” adlı satirik şeirini sizə təqdim edirəm.

QARABAĞ ŞİKƏSTƏSİ

Bakı şəhərində-
Yazıçılar Birliyində,
Vətənimin önündə
Ayə, ölürəm mən,
Özü də yaman ölürəm,
Sevgili canan ölürəm.
Əzizinəm restoran Şuşa,
Qayası sementlə qayrılan Şuşa...
Sementin köhnəymiş, nəymiş,
Daşından bir parça qırılan Şuşa.
Adın yazılan yerə Şuşa deməzlər,
Havan olan yerə Şuşa deyərlər.
Ayə, ölürəm mən,
Dağda duman ölürəm,
Qardaş, yaman ölürəm.
Səni yeyib-içmək yeri bildik, Şuşa, ay Şuşa...
Ayə, ölürəm mən,
Bağda bağban ölürəm,
Qardaş, yaman ölürəm.
Əzizinəm məktəb Şuşa,
aptek Şuşa, salon Şuşa,
kitab Şuşa, şeir Şuşa, roman Şuşa...
Ayə, mənim Şuşamı hər şeyə bənzətməyin,
Mənim Şuşamı bu qədər kiçiltməyin, ayə.
Qoyun Şuşam qalsın Şuşalığında-
Qoyun Şuşam qalsın şüşəliyində.
Ayə, ölürəm mən,
Sənə qurban ölürəm,
Dəli ceyran ölürəm.
Əzizinəm, tar çalan pulu gözlər,
Pul pulu gətirər, pul pulu gözlər.
Gözlərin şahı diz çökdürərdi,
Gözlərin hər axşam pulu gözlər.
Ayə ölürəm,
Sonam, ölürəm,
Anam, ölürəm,
Sənə qurban ölürəm.
Heç demirsiz niyə ölürəm.
Tüfəngim pas atıb ona görə ölürəm...
Buna görə ölürəm,
Ona görə ölürəm,
Sənə görə ölürəm...
Cəhənnəmə ölürəm,
Qara yola ölürəm,
Kimin nə vecinə ölürəm!

Qəşəm Nəcəfzadənin mənə hədiyyə etdiyi sonuncu çapdan çıxan “Adı Qəşəm” şeirlər kitabından seçib təqdim etdiyim bu şeir böyük dərlərimizin bir bədii qabarmasıdır... istedadlı novator şairə can sağlığı, yetərincə maddi təminat və yaradıcılıq uğurları arzulayıram!

Milli Dirçəliş Hərəkatı Partyası sədrinin
mədəniyyət işləri üzrə müşaviri: Niftalı Göyçəli

Geri dön