Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Ziyalılığın Cəmil Həsənli Zirvəsi!
Ziyalılığın Cəmil Həsənli Zirvəsi! |
15 yanvar elə bilirəm ki, tək Onun özünün, Onun ətrafında olanların-yaxınlarının həyatında deyil, belə demək mümkünsə, Millətimizin, Türklüyümüzün, Milliliyimizin, Dövlətimizin həyatında da ən əlamətdar hadisə, ən əlamətdar tarixdir. Bu əlamətdar Tarixdən, Hadisədən də tək Onun özünə, ətrafındakılarına - yaxınlarına deyil, bizim hər birimizə pay düşür. Çünki bunu O, öz Millətinə, Dövlətinə bağlılığı,sevgisi, əməli, təmənnasız fəaliiyəti, keçdiyi şərəfli ömür yolu ilə haqq edib. Haqqında söhbət gedən şəxs isə müasir, müstəqil Azərbaycanımızın (Şimali Azərbaycanımızın) ən mütərəqqi Ziyalılarından, Şəxsiyyətlərindən olan tarix elmləri doktoru, siyasi icmalçı, sabiq millət vəkili Cəmil bəy Həsənlidir. 15 yanvar tarixi Cəmil bəyin növbəti doğum günu- 60 illik yubileyidir…
Cəmil bəy tam cərasətlə deyərdim ki, Azərbaycan Ziyalılığının bel sütunlarından, Onun öndə olan parlaq Simalarındandır. Hər zaman ziyalıdan və ziyalılıqdan söz düşəndə göz önünə ilk olaraq gələnlər arasında da Cəmil bəyin siması olur. Bu gün Ramiz Rövşən , Anar, Rafiq Əliyev kimi Ziyalılarla birlikdə onun da adı əsl Ziyalılar arasında ən öndə gəlir, ən birinci çəkilir. Cəmil bəy mənim şəxsi qənaətimcə, Ziyalılıq etalonlarımızdan biridir. Çünki O, bütün dövrlərdə- bütün iqtidarların dövründə öz Ziyalı simasını qoruya bilib və bu gün də qorumaqdadır. Əyilməyib, sınmayıb. O , heç zaman nəyinsə və kiminsə xatirinə saray Ziyalılarından olmayıb. O, heç zaman asan yolu seçənlərdən olmayıb, daim İşin ağır tərəfindən yapışanlardan , son dərəcə çətin, lakin Vicdanlı, Şərəfli ömür yolunu seçənlərdən olub. O, hər zaman- istər siyasi, istər elmi, isrərsə də belə demək caizsə, insani fəaliyyətində Haqqın, Ədaləıtin, Obyektivliyin yanında olub. Riyadan, Məkrdən, Qərəzdən kənarda dayanıb. Bir çoxları kimi siyasi, maddi və mənəvi izzəti- nəfsi naminə sahib olduğu yüksək Dəyərlərin üzərindən bir andaca qələm çəkməyib, onları tapdalayıb keçməyib. Öz böyüklüyünu , Oz Ucalığını qoruyub saxlayıb… Cəmil bəylə bir o qədər də şəxsi tanışlığım, yaxınlığım olmasa da , lakin O, hər zaman mənim üçün çox əziz, çox doğma İnsan olub. Hələ uşaq-yeniyetməlik vaxtlarımdan Cəmil bəy öz səsi, intonasiyası, danışığı ilə məni valeh edib. 80-ci illərdə-hələ SSRİ-nin- “KQB”-nin at oynatdığı dövrlərdə Cəmil bəy öz müstəqil fikri, düşüncə tərzi ilə nəinki mənim, çoxlarının yaddaşında silinməz izlər buraxıb. Yaxşı yadımdadır, SSRİ-nin dövründə AzTv-də siyasi icmalcılıq edən Cəmil bəy qısa zamanda hamının sevimlisinə çevrilmişdi. Şəxsən mən özüm, yaxınlarm, tanış-bilişlərim hamısı hər gün axşam saatlarıında televizorun qarşısında əyləşər, Cəmil bəyin efirə çıxacağı anı səbirsizliklə gözləyərdik. Xüsusilə də, 1988-91- ci illərdə Cəmil bəyin rəsmi senzuranı belə nəzərə almadan səsləndirdiyi cəsarətli və xalqın ürəyindən olan siyasi şərhləri hamının qəlbinə sərin su səpərdi. 1990-ci ilin qanlı, həm də şanlı 20 yanvar hadisəsindən sonra informasiya blokadasına alınan Azərbaycan xalqı yenə də həqiqi və səmimi sözləri məhz Cəmil bəydən eşidərdi. Hətta o da yadımdadır ki, həmin hadisələrdən sonar başqa mövzudan söhbət getsə də, Cəmil bəy yenə də söhbəti Azərbaycan xalqının üzərinə- Kreml və onun yerli əlaltılarının, xain, namərd ermənilərin, onların xalqımızın başına açdığı oyunların, faciələrin üzərinə gətirdi və o vaxtkı SSRİ, o cümlədən, onun yerli rəhbərliyini sərt üslubda ittiham, tənqid etdi. Və bundan sonar uzun müddət Cəmil bəy efirdə görünmədi, efirə çıxması yasaqlandı. Şəxsən həmin vaxtlar mən özümə yer tapa bilmirdim, hər gün onun efirə çıxacağını gözləyirdim. Nəhayət, xeyli müddətdən sonra həmin an gəldi, Cəmil bəy yenə efirə çıxdı və yenə də eyni ampluada-heç nə dəyişməmişdi, əvvəlkitək xalqının, millətinin dərdlərindən danışırdı-hansı mövzu olmasından, hansı dövlətdən söhbət getməsindən asılı olmayaraq… Cəmil bəy hər zaman xalqın arasında-xalqdan biri olub. Öz şəxsi maraqları-cıxarları naminə kənarda dayanmayıb, Xalq Hərəkatının fəal nümayəndələrindən, həmin hərəkatın dalğası fonunda meydana çıxmış Azərbaycan Xalq Cəbhəsinin tanınmış simalarından olub. Həmçinin, sonradan partiyaya çevrilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) liderlərindən, uzun müddən sədr müavinlərindən biri kimi fəaliyyət göstərib. 2005-ci iln parlament seçkilərindən sonar bu partiyadan getsə də, mandatı naminə öz təşkilatına ,öz düşərgəsinə, öz keçdiyi yola arxa çevirməyib. Müstəqil deputat kimi fəalyyət göstərdiyi 2005-2010-cu illərdə müxalifətdə olduğu dövrdən bəlkə də daha kəskin, sərt, lakin son dərəcə konstruktiv, səmimi fikirləri, çıxışları ilə fərqlənib. Elə bu səbəndəndir ki, əksəriyyəti iqtidaryönlü olan parlament jurnalistlərinin qatıldığı, səs verdiyi sörğularda Cəmil bəy daldabal ən fəal millət vəkilləri sırasında yer alıb. Cəmil bəy bu gün deputat mandatı daşımsa da, yenə bizlər- Uca Millətimiz üçün əsl millət vəkli- Millətin Vəkillərindən biridir. Deputat olmaq olar, amma Millətin Vəkili olmaq heç də hər kəsə nəsib olan Zirvə deyil. Cəmil bəy isə hətta deputat olmaya-olmaya, bu gün də Millətin Vəkili Zirvəsində ,Ucalığındadır. Bunu da O, yuxarıda qeyd etdiyim kimi , öz təmənnasız, qərəzsiz, obyektiv,səmimi fəaliyyəti ilə haqq edib… Cəmil bəy leksikonumuzda olan bütün gözəl sözləri, ifadələri haqq edir. Sadəcə. son olaraq bu böyük İnsana- Ziyalımıza demək istəyirəm ki, Böyük Yaradan onu Millətimizə ,Dövlətimizə,Türk Dünyamıza çox görməsin. Ona hər zaman olduğu kimi, bü gün də, sabah da böyük ehtiyacımız var. Yazsın, yaratsın və daim də Var olsun! 60 illik yaşının üstünə ən azı bir o qədər də yaş gəlsin. Amin! Kamil Həmzəoğlu Geri dön |