Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mahmudəli Çöhrəqanlı: Təbrizdəki gedişat normal deyil (audio)
Mahmudəli Çöhrəqanlı: Təbrizdəki gedişat normal deyil (audio) |
GAMOH lideri Amerikanın Səsi ilə söhbətdə Təbriz olaylarını dəyərləndirib. Davam.az həmin müsahibəni təqdim edir:
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Amerikanın Səsi ilə söhbətdə son vaxtlar Təbriz Stadionunda baş verən hadisələr, eləcə də “Türk Dil Qurumu” layihəsinin ləğvi və yerinə Azərbaycan Mədəniyyət Quruluşunun təsisinə təbrizli məsulların yanaşmasını dəyərləndirib. O, Təbrizdə gedişatın normal olmadığını, oradakı dövlət qurumları müdirlərinin əksəriyyətinin sabiq Sepah və Ettelaat məsullarından ibarət olduğunu önə çəkir. Mayın 15-də Təbriz stadionunda baş verən və “dünya futbol tarixində bənzəri görünməyən rüsvayçılıq” kimi dəyərləndirilən hadisələr haqqında düşüncələrini şərh edən GAMOH lideri olayların “insanlıq və əxlaqa ihanət” olduğunu deyib. “Traktorsazi”nin İran çempionatı 2014/2015 mövsümünün son matçına qədər birinciliyi qoruduğunu, ancaq son qarşılaşmada çempionluğun hiylə ilə Azərbaycan komandasından alındığını ifadə edən Mahmudəli Çöhrəqanlı mayın 15-də Təbriz stadionunda baş verənlərdən “Traxtor”un zərərinə verilmiş şübhəli hakim rəylərinə qədər olanları ətraflı şəkildə izah edir. Güneyli fəallar və Traktorsazi azarkeşlərinin fikrincə, Şərqi Azərbaycan vilayətinin məsulları komandanın ziddinə həyata keçirilmiş “xain plan” qarşısında səssiz və təpkisiz qalıb, hətta bəziləri hadisələri ört-bas etməyə çalışıblar. ABŞ-da mühacirətdə yaşayan güneyli fəal İran Azərbaycanının ən böyük şəhəri Təbrizdə gedişatın normal olmadığını vurğulayır: “Rejim Azərbaycandan çox nigarandır, bu nigarançılıq rəhmətlik Elçibəy zamanından başlayıb. Demək olar Təbrizdə çox güclü və ağır bir Ettelaat ya gizli servis hakimiyyəti vardır... Təbrizdəki dövlət qurumlarında normal müdir yoxdur, müdirlərin hamısı Tehrandan incələnib araşdırılır, əksərən Tehrandan gələn insanlar, Sepah ya Ettelaatın sabiq məsullarıdırlar,” deyə Mahmudəli Çöhrəqanlı bəyan edir. İranın 1996 məclis seçkilərində Təbriz şəhərindən namizəd olan Çöhrəqanlı səs çoxluğu ilə birinci mərhələdən keçsə də, seçkilərin ikinci dövründə yer almasına icazə verilməmişdi. O, həmçinin Traktorsazi komandasının maddi baxımdan İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı olduğuna diqqət çəkərək onların gerçəkləri deyil, İran hakimiyyətinin mənfəətlərini düşündüklərini söyləyir. Təbriz universitetləri ədəbiyyat və dilçilik bölmələrinin sabiq müəllimi “Türk Dil Qurumu” layihəsinin ləğvi, onun yerinə isə “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Quruluşunun” təsis edilməsi ilə bağlı görüşlərini Amerikanın Səsi ilə paylaşır. “Ayətullah Xamneyinin bir sözü var, deyir ki, bir milləti yox etmək üçün onun dili, ədəbiyyatı, musiqisi və adət-ənənəsini yox etmək lazimdir. Bunlar Azərbaycanla bağlı dəqiqən onun dediklərini icra edirlər,” deyə GAMOH lideri dilə gətirir. “Stalinin Azərbaycan Respublikasında yürütdüyü siyasət İranda da Rza xan tərəfindən başladıldı... Bizim ən ucqar kəndlərimizdə insanlar özünə türk və dilinə türk dili deyir... Meşədə yeni bir məxluq və mövcud tapılmayıb ki, biz görək bunun adı nədir... Bu adamdır, kültürü və tarixi vardır... İnkişaf etmiş ölkələr kosmosda araşdırma aparırlar, amma sən bax bizim qara günlüyümüzə, gəlib müzakirə edirlər ki, biz kimik, türkük, ya azəriyik?” deyə o əlavə edir. Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz: TIKLAYIN Geri dön |