Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri iki nazirliyə tapşırıldı
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri iki nazirliyə tapşırıldı |
Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanın IV bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir”. Geri dön |